İnsanları barmaq izlərindən, gözlərindən və fizioloji quruluşundan tanıyan biometriya texnologiyası günü-gündən inkişaf edir. Təbii ki, hökumətlərin bu texnologiyaya keçid etməsi də müəyyən qədər maliyyə tələb edir.
Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, iİnsanı fiziloji olaraq tanıyan texnologiya biometri adlanır. Bu texnologiya ilə barmaq izi ilə kompüterə və telefonlara daxil olmaq, səs komandası ilə bankda təlimat vermək, göz tanıma isə ATM-dən pul çəkmək, mühafizə olunan məkanlara üz tanıma ilə daxil olmaq mümkündür. Hazırda bu sistemin bütün dünyada işə düşməsinə mane olan məsələlər aşağıdakılardır:
1. Biometriya texnologiyasını tətbiqin çox baha olması
2. Bütün sistemi bir-birinə bağlayan şəbəkənin tam var olmaması
3. Bu texnologiyanın hələ inkişafda olması.
Gələcək üçün isə bu texnologiyanın vazkeçilməz bir sistem olacağı düşünülür. Hazırda biometriya texnologiyasının əsas bu funksiyaları aktivdir:
1. Barmaq izi
2. İris tanıma, yəni göz bəbəyimizin ətrafında rəng halqası ilə
3. Bəbəklə tanıma
4. Səslə tanıma
5. Üz tanıma
6. Əl tanıma
Biometrik texnologiyalarda təhlükəsizliklə yanaşı onların daha asan olması da əhəmiyyətllidir. Yəni insanları hansı yöndə tanımaları da əsas şərtlərdəndir. Biometrik texnologiyanın üsullarına bunları göstərə bilərik.
1. Identification prinsipi - Bu prinsipi imza ilə müəyyən edilir. İmzanız sistemə daxil edilən kimi sizə aid bütün informasiyalar çıxır.
2. Verification prinsipi - Bu sistemlə şəxs şəxsiyyət vəsiqəsinin kodları ilə sistemə daxil olur və sistem ona cavab verir. Lakin ikinci prinsipde bir az problem yaşanır, çünki şəxslər şəxsiyyət vəsiqələrinin şifrəsini əzbər bilməyə bilərlər, onu itirə bilərlər. Ona görə də gələcəkdə bu kimi çətinlikləri aradan götürmək istəyirlər.
Hazırda biometriya texnogiyaları bu sistemlərdə işləyir:
• Online bank sistemində üz tanıma
•Sərhəd keçidlərində keçmək və oradakı keçidlərin nəzarətində
• Internet bank sistemində istifadıçini tanımaq
• Elktronik pul köçürmələrdə istifadəçini tanımaq
• Plastik kart tətbiqlərində
• Bürokratik şəbəkələrdə
•Kömpüter təhlükəsizliyində
•Kirayə edilmiş kassalara girişdə
• Satış nöqtəsi terminallarında istifadəçini tanıma
• Hərbi mənbələrin aktiv təqibində
• Çek təsdiqində istifadəçiləri tanıma
• Xəstəxana və sığorta işlərində xəstənin təqibi və şəxsiyyətinin müəyyənləşməsi
•Komunal xidmətlə zamanı qeydiyyatlar
• Hesab açmaq işlərində şəxsiyyətin müəyyən edilməsi
• Binalara, ofislərə və təsisatlara giriş anında
• Elektronik ticarətdə istifadəçini tanımaq
• Bankların şöbələrində istifadəçini tanımaq
Milli.Az





