Maraqlı

“KFC China”dan yenilik: Bu məhsulu qablaşdırma ilə birgə yemək mümkündür

11 Avqust 2018 23:50
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxları bilir ki, hər zaman yenilikçi və kommunikasiyada çılğın istiqamət götürən markalardan biri də KFC-dir.

Milli.Az facemark.az-a istinadən bildirir ki, ötən aylarda marka Honq Konq (Çin) bazarında KFC toyuqlarının ləzzətində toyuqlar çıxarmışdı. İndi isə markanının yeyilə bilən qablaşdırması, ətraf mühitə daha az tullantının çıxarılmasına hesablanıb.

Bildiyiniz kimi dünya miqyasında plastik torbalardan istifadənin azaldılması ilə bağlı yeniliklər edilir. Məsələn, hələ ötən gün məlum oldu ki, qonşu ölkə olan Türkiyədə 3 aydan sonra plastik torbalardan istifadə ödənişli olacaq. Supermarketlər də plastik torba yerinə, altenativlərin axtarışındadırlar.

"McDonald's" və "Starbucks" kimi markalar plastik stəkan problemini aradan qaldırmağa çalışır. "KFC China"nın yuxarıda qeyd etdiyimiz addımı da sırf markaların bu istiqamətdə olan yeniliklərinə oxşardır.

"Double Down" sendiviç üçün hazırlandı

"Ogilvy & Mather Group HK" tərəfində hazırlanan KFC "The 200% Edible Wrapper" qablaşdırma kağızı KFC-nin çörəksiz "Double Down" sendviçi üçün hazırlanıb. Çörək olmadığına görə, bu məhsulu yemək çox çətin idi, amma yeni ləzzətli qablaşdırma sayəsində onları yemək indi daha asandır.

Belə ki, indi siz qablaşdırmanı açmadan sendviçlərinizi yeyə biləcəksiniz. Qablaşdırmanın dizayn olunmasında qırmızı, qara, ağ rənglərdən istifadə olunub və ümumi dizayna retro ab-hava da verilib. Qablaşdırmanın üzərində diqqəti cəlb edən sözlər də yer alır.

Qeyd edək ki, qablaşdırma üçün düyü kağızı seçilib. Çapda istifadə olunan mürəkkəb isə təbii olaraq yemək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.