Maraqlı

Səbrin dörd şöbəsi

12 İyul 2018 23:10
0 Şərh     Baxış: 2 142

Əmirəl-mömininə (ə) imanla bağlı sual verirlər və Həzrət (ə) buyurur: "Allah Təala imanı dörd sütunda qərar vermişdir: səbir, yəqin, ədalət və cihad".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, səbrin dörd şöbəsi vardır: meyil, qorxu, zöhd və nəzarət. Hər kimin behiştə meyili olar - nəfsani istəklərini kənara qoyar. Hər kim cəhənnəmdən qorxar - haram işlərdən üz çevirər. Hər kim dünyada zahid olar - müsibətlər onun üçün asan olar. Hər kim ölümün intizarını çəkər - yaxşı əməllər görməyə tələsər.

Haqq ağırdır. Ancaq Allah onu səbirlilər üçün asan etmişdir.

İmam Əli (ə) başqa yerdə buyurur: "Yaxşılığı və əməli riyadan uzaq olmaq üçün gizli saxlamaq, narahatlıqlara səbir etmək, müsibətləri gizlətmək- behiştin xəzinələrindəndir".

Həzrət Əli (ə) buyurur: "Haqqın acılığına səbir et. Ehtiyatlı ol ki, batilin şirinliyinə aldanmayasan".

İmam Baqir (ə) buyurur: "Behişt - səbir və xoşagəlməz hadisələrlə mühasirə olmuşdur. Hər kim dünyada müsibətlərə səbir edər - behiştə daxil olar. Cəhənnəm xoşluqlar və heyvani şəhvətlə mühasirə olunmuşdur. Ona görə də hər kim şəhvət və ləzzət ardınca olar - atəşə daxil olar".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.