Maraqlı

Yalan danışan insanın 10 əlaməti

15 Aprel 2018 20:20
0 Şərh     Baxış: 3 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər hansı bir şəxsin yalan dediyini necə başa düşə bilərsiniz? Bu sual yalanlar yaranandan bəri insanların özlərinə verdikləri sualdır.

Kaliforniya Universitetinin professoru Leanne ten Brinke və onun komandası tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, bizim intuisiyalarımız yalanları tutmaq üçün güclüdürlər, lakin bizim beynimiz bəzən bizi aldadır.

Milli.Az moneta.az-a istinadən bildirir ki, nə yaxşı ki, yalanları aşkar etmək üçün bəzi əlamətlər mövcuddur.

Digər bir professor Lillian Glass "Yalan danışanların bədən dili" ("The Body Language of Liars") kitabının müəllifidir. O, bildirir ki, bir şəxsin yalan danışdığını müəyyən etmək üçün insanın normalda necə davrandığını başa düşmək lazımdır.

Beləliklə, hər hansı bir şəxsin yalan danışmasının əlamətləri bunlardır:

1. Yalan danışan insanlar başlarını tez-tez çevirməyə meylidirlər

Birbaşa sual verdiyiniz anda əgər bir şəxs başını cəld hərəkət etdirirsə, onun sizə hər hansı bir şey barəsində yalan danışması mümkündür.

2. Onların nəfəs alması dəyişir.

Hər kimsə sizə yalan danışırsa, o, tez-tez nəfəs almağa başlayacaq. Bu, refleks hərəkətidir.

Onların nəfəsalması dəyişəndə, çiyinləri qalxır və səsləri zəifləyir. Nəticə olaraq, onlarda ürək döyüntüsü və qan hərəkətinin dəyişməsindən tənəffüs çatışmazlığı yaranır. Bədəniniz bu tipli dəyişiklikləri siz əsəbi və ya yalan danışdığınızda hiss edirsiniz.

3. Onlar hərəkətsiz dayanırlar.

Ümumi qəbul edilmiş inanca görə, insanlar əsəbi olan zaman qurcalanırlar, lakin insanların tərpənməməyi də bir siqnal ola bilər.

4. Onlar sözləri və ya ifadələri təkrarlaya bilərlər.

Bu, onların səni və özlərini nəsə barəsində inandırmağa çalışmaqlarına görədir. Onlar beyinlərində yalanı təsdiqləməyə çalışırlar. Məsələn, yalan danışan "Mən etmədim...Mən etmədim.." sözünü dəfələrlə deyə bilər.

Təkrar həmçinin, yalan danışan insan üçün fikirlərini toplamaq üçün vaxt qazanmağın bir yoludur.

5. Onlar lazım olandan artıq informasiya verirlər.

Bir şəxs çoxlu informasiya verirsə, bu informasiya tələb edilmirsə və çoxlu detallarla doludursa, həmin şəxs böyük ehtimalla düzgün danışmır. Yalançılar çox danışırlar, çünki ümid edirlər ki, onların danışığı və açıqlığı digərlərini inandıracaq.

6. Onlar ağızlarını örtürlər.

7. Onlar instinktiv olaraq həssas bədən hissələrini bağlamağa çalışırlar.

Bu boğaz, sinə, baş və ya qarın kimi bölgələr ola bilər.

8. Onlar ayaqlarını sürüməyə meylidirlər.

Ayaqların sürünməsi potensial yalançının narahat və əsəbi olmasını göstərir. Bu, həmçinin onun bu situasiyadan çıxmaq istəməsini də göstərir.

Yalançını aşkar etmək üçün bu əsas yollardan biridir. Sadəcə ayaqlarına baxın və bunun haqqında çox şey deyə bilərsiniz.

9. Onlar üçün danışmaq çətinləşə bilər.

Günahkar bir cinayətkarın televizorda müsahibəsinə baxan zaman onun çox vaxtı danışmağının çətinləşdiyini görə bilərsiniz.

10. Onlar sizə gözlərini qırpmadan baxa bilərlər.

Ümumi qəbul edilmiş inanca görə, insanlar yalan danışanda göz təmasından çəkilməyə meylli olurlar, lakin yalan danışan bütün güc-qüvvəsini toplayaraq səni nəzarət və manipulyasiya etmək üçün göz təmasını saxlamağa cəhd edir.

İnsanlar doğru danışarkən, çox hallarda gözlərini ətrafda gəzdirər. Digər tərəfdən, yalançılar soyuq və sabit baxışlarla sizə nəzarət etmək və hədə-qorxu gəlmək istəyər.

Həmçinin, cəld göz qırpmalarına da diqqət edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.