Ağ soğan ən qədim zamanlardan istifadə edilən tərəvəzlərdəndir. Çində, İranda, Orta Asiya ölkələrində soğandan bizim eradan 4000 min il əvvəl istifadə edilib. Növündən asılı olmayaraq soğan toxum vasitəsilə çoxaldılır. Əvvəlcə toxum səpilir, toxumlar cücərdikdə ondan yaşıl zoğlar çıxmağa başlayır. Zoğlar böyüdükdən sonra isə soğanın torpaqda qalan hissəsi böyüməyə başlayır və kiçik dairəvi soğanlar əmələ gəlir. Bu soğanlar da böyüyərək iri ağbaş soğana çevrilir. Soğanların böyük olması onun yetişməsinin göstəricisi hesab edilir. Ağ soğanın bir çox növləri var. Növlərinə görə soğanların boyu, diametri, rəngi və çəkisi müxtəlif olur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, soğan müasir dövrdə kulinariyada ən vacib sayılan tərəvəzlərdən biri hesab edilir. Soğanın həm özündən, həm də yaşıl yarpaqlarından bütün dünya mətbəxində istifadə edilir. Ondan ət yeməklərində, salatlarda, souslarda, həm də dadlandırıcı ədvviyyat kimi istifadə edilir. Duru yağda qızılı rəng alana kimi qızardılmış soğan bütün dünya mətbəxinin ən çox istifadə edilən qidalaarından biri hesab edilir. Soğanın tərkibində azotlu birləşmələr, şəkərin müxtəlif növləri (qlükoza, fruktoza, saxaroza, maltoza) inulin, fitin, flavonid və onun qlükozidi, yağlar, müxtəlif fermentlər, kalsium, fosfor, fitonsidlər, limon və alma turşusu A, B1, B2, C, PP vitaminləri var. Soğanın tərkibində olan efir yağları burun boşluğunun və gözlərin selikli qişasının qıcıqlanmasına səbəb olur.
Soğanın tərkibində ən çox disulfid və digər sulfid-efir yağları var. Soğanda xüsusi fitonsidlər vardır ki, bunlar göbələklərin, patogen mikrobların və bağırsaq qurdlarının məhv olmasına səbəb olur. Soğanın tərkibindəki uçucu fitonsidlər difteriya və vərəm çöplərini məhv etmək qabiliyyətinə malikdir. Soğan bağırsaqlardakı parazitlərin və sinqa xəstəliyinin müalicəsində çox faydalıdır. Xalq təbabəti insanlara gün ərzində 100 qram soğan yeməyi məsləhət bilir. Bu qaraciyər və öd yollarındakı ödün axmasını süətləndirir, şəkərli diabet zamanı qanda şəkərin normasını tənzimləyir.
Atererskleroz zamanı soğan şirəsinə qarışdırılmış bal çox faydalıdır. Bu qarışımdan gün ərzində 3 dəfə, hər dəfə 1 xörək qaşığı içməklə kapilyar, arteriya və vena damarlarını möhkəmlənməsini, damarlarda qanın yaxşı işləməsini əldə etmək mümkündür. Soğan bağırsaq qurdlarının tökülməsinə səbəb olur. Bunun üçün 1 ədəd xırda doğranmış soğanı 1 stəkan suda 20 dəqiqə saxlayıb hər gün acqarına içmək lazımdır.
Soğan şirəsi ilə bal qarışımı bronxitin, öskürmənin, bir çox göz xəstəliklərinin, göbələk xəstəliklərinin sağalmasına səbəb olur. Soğan şirəsindən nevrasteniyada, yuxusuzluqda və revmatizma xəstəliyində geniş istifadə edilir. Respirator virus xəstəlikləri və qripp zamanı da soğan suyunun faydası əvəzolunmazdır. Soğan suyu deramatitlər və ağcaqnad dişləməsi zamanı da çox faydalıdır. Saç tökülməsi zamanı tökülən tüklərin yerinə soğan suyu sürtdükdə tük kökləri fəaliyyətini yenidən artırır və bir müddət sonra yeni tüklər çıxmağa başlayır. Bunun üçün ən azı bir ay soğan suyunu tökülmüş tüklərin yerinə sürtmək lazımdır.
Pörtlənmiş soğanı frunkulun üstünə qoyub bağladıqqda iltihab yetişir və boşalır. Viskiyə soğan şirəsi qatıb içdikdə baş ağrıları aradan qalxır.
Mazollardan və ziyillərdən xilas olmaq üçün onlara ən azı bir ay gündə 3-4 dəfə soğan suyu sürtmək lazımdır.
Ağ soğannın Ziyanı
Qaraciyərində virus xəstəlikləri olan adamlara soğan yemək olmaz. Soğan yemək ürəyin işini sürətləndirərək sinir sisteminin də pozulmasına səbəb ola bilir. Soğanın ən pis zərəri onun ağızda yaratdığı pis qoxudur. Onu aradan qaldırmaq üçün isə süd içmək ya da qızardılmış isti çörək yemək lazımdır.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Ağ soğanın faydaları
14 Aprel 2018 21:50
2 Şərh
Baxış: 18 719

DİGƏR XƏBƏRLƏR
-
Dəhşətli QƏZA: yük maşınında sıxılı vəziyyətdə qaldı - VİDEO
-
İyulun ən şanslı BÜRCLƏRİ: Kimlər maliyyə uğuru qazanacaq?
-
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı
-
"Atletiko Madrid" 50 milyona oyunçu aldı - FOTO
-
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
-
Ayı vuracaq, Yerdə atom bombası effekti yaradacaq
XƏBƏR LENTİ
-
Bakıda məşhur istirahət mərkəzində faciə: Ölən var
-
Bilgəh çimərliyində boynu sınan gənc öldü
-
Dəhşətli QƏZA: yük maşınında sıxılı vəziyyətdə qaldı - VİDEO
-
Ermənistandan Rusiyaya tərs şillə - Ölkəyə buraxmadı - FOTO
-
Bu ərazilərdə işıq olmayacaq
-
İyulun ən şanslı BÜRCLƏRİ: Kimlər maliyyə uğuru qazanacaq?
-
Avronun "qalibiyyəti" uzun çəkmədi - özü ilə bu valyutaları da "çökdürdü"
-
Saat 10:00-da bu ərazilərdə qaz olmayacaq
-
Bred Pittin filmi 3 günə milyonlar qazandırdı
-
"Atletiko Madrid" 50 milyona oyunçu aldı - FOTO
-
Bu yolda 2 aydır ki, "həyat donub" - Təmir nə vaxt bitəcək?
-
Aşıq Zülfiyyədən etiraf: “Mənə sevgi məktubları yazırdı” - VİDEO
-
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
-
"Qayınanam, qayınatamla 32 ildir ki..."
-
Günvurmadan necə qorunmaq lazımdır? - Həkimdən vacib xəbərdarlıq
-
Hər siqaret ömrü 20 dəqiqə qısaldır – Həkim AÇIQLADI
-
Bu dərmanları içməzdən əvvəl iki dəfə düşünün - Vacib xəbərdarlıq
-
"Yemiş alarkən də diqqət edilməli bir çox məqam var".
-
Yuxudan yorğun oyanırsızsa, ciddi sağlamlıq probleminiz ola bilər
-
Ayı vuracaq, Yerdə atom bombası effekti yaradacaq
-
Osimhen üçün İtaliya nəhəngi hərəkətə keçdi
-
Elgiz ailə həyatından danışdı: "Çox peşmanam"
-
Masazırda güclü yanğın söndürüldü - yenilənib - VİDEO - FOTO
-
Günün qoroskopu:ətrafınızda olanlarla fikir ayrılığı yarana bilər