Misir fironu Ehnatonun xanımı, firon Tutanhamonun ögey anası Nefertitinin mumiyasındakı "ölüm maskası" və kəllə sümüklərinin qalıqları əsasında onun siması yaradılıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 3300 il əvvəl yaşamış Nefertitinin simasının yaradılması zamanı 3 D skanlaşdırma metodundan istifadə olunub.
Bristol Universitetinin alimlərinin gerçəkləşdirdikləri proses toplam olaraq 500 saat davam edib. "Bərpa" prosesinə paleontoloq Elizabet Deyns rəhbərlik edib.
Nefertiti eramızdan əvvəl 1353-1336-cı illərdə Misiri idarə edib
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: