Firon anası, firon xanımı belə idi - VİDEO - FOTO

10 Fevral 2018 15:55

Misir fironu Ehnatonun xanımı, firon Tutanhamonun ögey anası Nefertitinin mumiyasındakı "ölüm maskası" və kəllə sümüklərinin qalıqları əsasında onun siması yaradılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 3300 il əvvəl yaşamış Nefertitinin simasının yaradılması zamanı 3 D skanlaşdırma metodundan istifadə olunub.

Bristol Universitetinin alimlərinin gerçəkləşdirdikləri proses toplam olaraq 500 saat davam edib. "Bərpa" prosesinə paleontoloq Elizabet Deyns rəhbərlik edib.

Nefertiti eramızdan əvvəl 1353-1336-cı illərdə Misiri idarə edib

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Firon anası, firon xanımı belə idi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində