Maraqlı

"Qulyabani" CinemaPlus kinoteatrında - FOTO

8 Fevral 2018 11:49
Baxış: 1 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Cinema Plus-un Gənclik Mall filialında "Qulyabani" filminin qala gecəsi keçirilib.

Milli.Az xəbər verir ki, qala gecəsində filmin aktyorları və digər məşhurlar iştirak edib.

Macəra komediyası janrında lentə alınan filmdə hadisələr tez-tez qulyabani peyda olan kənddə baş verir. Türkiyədən bu qulyabanini lentə almaq üçün gələn türk jurnalistlə onun Azərbaycanlı yoldaşları arasında baş verən əhvalat gözlənilməz məcrada inkişaf edir.

Filmin baş prodüseri Xalıq Əli, quruluşu rejissoru Pərviz Həsənov, quruluşçu operatoru Orxan Məmmədov, ssenari müəllifi Əlibəy Məmmədli, bəstəkarı Rüstəm Zeynallıdır.

Filmdə Əlibəy Məmmədli, Nofəl Şahlaroğlu, Əminə Kaykun, Gülarə Məmmədova, Ceyhun Məmmədov, İqrar Salamov, Mithət Aydın, Arif Kərimov rol alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.