Maraqlı

Samsung Notebook 9 təqdim olundu

19 Dekabr 2017 08:21
0 Şərh     Baxış: 1 310
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Samsung Electronics" korporasiyası "Notebook 9" seriyasına aid 3 ədəd portativ kompüter təqdim edib: 13 düymlük ekrana malik "Notebook 9" (2018), 15 düymlük ekrana malik "Notebook 9" (2018) və "Notebook 9 Pen".

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni kompüterlər səkkizinci nəsil "Intel Core i7" prosessoru, 1920x1080 piksel təsvir ölçülü ekran, 16 QB-dək əməli yaddaş, "Windows 10" əməliyyat sistemi, işıqlandırıcı klaviatura və "Metal12" ərintisindən hazırlanmış korpusla təchiz edilib.

15 düymlük "Samsung Notebook 9" (2018) düymlük modeli 2 QB-lıq "GDDR5" yaddaşına malik "Nvidia GeForce MX150" videokartı və tutumu 1 TB-dək olan "NVMe PCIe" sərtgövdəli daşıyıcısı ilə təchiz edilib. "Thunderbolt 3/USB Type-C", "HDMI", "USB 3.0" və "USB 2.0" portları var.

13,3 düymlük "Samsung Notebook 9" (2018) oxşar xüsusiyyətlərə malikdir, amma daxili qrafik sürətləndirici ilə təchiz edilib. Həmçinin bu modeldə "Thunderbolt 3" portu yoxdur.

"Samsung Notebook 9 Pen" hibrid qurğudur, planşetə çevrilə bilir. Bu model 512 QB-dək sərtgövdəli daşıyıcı, infraqırmızı kamera və 1 ədəd "USB 3.0" portu ilə təchiz edilib.

2017-ci ilin dekabrında yeni kompüterlərin satışına başlanılacaq. Qiyməti haqda məlumat hələ ki yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.