Maraqlı

Dəm çayını atmayın - SAÇA İNANILMAZ FAYDALARI

14 Yanvar 2018 22:26
0 Şərh     Baxış: 5 260
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qara çayın tərkibindəki amin turşuları, protein, flor, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir. Dəmlənmiş çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz. Milli.Az ailem.az-a istinadən qara çayın saçlara faydalarını sadalayır. 

Saçı gücləndirir

Çay saçları gücləndirir, bərpa edir və qidalandırır. Tərkibindəki kafein saç tökülməsinə səbəb olan DHT hormonunun ifrazını azaltmağa kömək edir. Saçların yıpranmasının və qoparaq tökülməsinin qarşısını alır.
 
Saçı parıldadır

Çay saçın boğuq rəngini tamamən aradan qaldırır. Tərkibindəki polifinlər, C və E vitamini sayəsində saçı parladır və yumşaqlıq verir. Bundan başqa çayın tərkibindəki birləşmələr PH səviyyəsini tənzimləyir və saçın yağlanmasının qarşısını alır.
 
Saç dərisini yaxşılaşdırır
 
Kəpək probleminiz varsa, çay tərkibindəki anti-inflamatuar sayəsində kəpəyi önləməklə qalmaz, saç diblərində yaranan qızartı və iltihabın sağalmasına kömək edər.
 
Saçınıza çay maskası vurun
 
Saçınızı bir dəfə şampunla yuduqdan sonra çayı saçınıza tökərək, 5 dəqiqə saxlayın. Sonra saçınızı durulayın. Həcmli və sağlıqlı bir saç üçün bunu həftənin 2-3 günü istifadə etmək yetərlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.