Avqustun 27-də otel otağında keçmiş model Filiz Aker tərəfindən güllələnərək öldürülən aktyor Vatan Şaşmazın həyat yoldaşı Yasemin Şaşmaz uzun fasilədən sonra görüntülənib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun xanımı ərinin məzarını ziyarət edib. 7 aylıq hamilə olan Yaseminin susqun halı diqqət çəkib.
Qeyd edək ki, Yasemin Şaşmaz 2 ay sonra doğulacaq oğluna Asil Vatan Şaşmaz adını verəcəyini açıqlamışdı.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində