Maraqlı

Ağ Evdə çəkdiyi video ilə məşhurlaşdı - 7 milyonluq ev aldı - FOTO

19 Noyabr 2017 02:30
0 Şərh     Baxış: 2 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2013-cü ildə "vine" tipli videoları ilə məşhurluğa qovuşan 20 yaşlı Cek Paul 7 milyon dollara ev alıb.

Milli.Az xəbər verir ki, "Yutub" fenomeni Los Ancelesdə yerləşən evində səs-küylü həyat tərzi sürdüyü üçün qonşuları onu şikayət edib.
Haqqında məhkəmə işi açılan və daim təhdidlərlə üzləşən fenomen Kaliforniyanın ən zəngin bölgələrindən olan Kalabasasa köçüb.
Cek Paulun yeni 1400 kub-metrlik evində idman və film salonu, iş otağı və ona özəl hazırlanan 1 hamam otağı var. Evin qaraj bölümündə isə eyni zamanda 4 avtomobil və 12 motosiklet saxlamaq mümkündür.
Qeyd edək ki, "Vine" proqramında 5,3 milyon izləyici və 2 milyard baxış sayı toplayan Cek Paul məşhurlaşdıqdan sonra "Disney" şirkətinin "Bizaardvark" filmində çəkilməyə başlayıb. 2017-ci ildə Ağ Evə dəvət edilən fenomen oranın hamam otağında çəkdiyi video ilə gündəmə oturmuşdu.
Cek Paul yaxın zamanda sosial media fenomenlərinə marketinq idarəçiliyi xidməti verən, 1 milyon dollar dəyərində yeni bir şirkət qurub. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.