Maraqlı

Bənövşəyi kartofun faydaları

28 Sentyabr 2017 23:20
2 Şərh     Baxış: 3 554
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu kartof növü 7.000 il əvvəl Cənub Amerikadakı İnk krallarına məxsus, bir yemək olaraq qəbul edilmişdir.

ABŞ Əkinçilik Nazirliyinə görə ən tünd bənövşəyi rəngli kartoflar digər bənövşəyi kartoflara görə dörd qat daha çox antioksidant ehtiva edir. Ağ kartoflarla müqayisə etdikdə on qat daha çox antioksidant və antosiyanin ehtiva edir. Bənövşəyi kartof, indiki vaxtda bəzi ölkələrdə yetişir.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, antioksidant gücünə görə, brüssel kələmi, buruq kələm və ispanaqla eyni sıranı paylaşır.
 
Bənövşəyi kartof eyni zamanda yaxşı bir kompleks karbonhidrat, kalium, C vitamini, fol turşu və dəmir qaynağı olaraq bilinir. Bənövşəyi kartof hüceyrələri qoruyan və bədəni yaxşılaşdırmağa köməkçi olan antosiyaninlər, göz və ürək sağlamlığını dəstəkləmədə, xərçəng hüceyrələrinin çoxalmasını azaltmada və daha bir çox narahatlığın aradan qaldırılmasında aktiv rol oynayır.
 
Ehtiva etdiyi antosiyanin sayəsində xərçəng riskini əhəmiyyətli nisbətdə azaltdığı müəyyən edilmişdir. Piylənməyə qarşı kökəltməyən xüsusiyyətinə görə çox faydalıdır. Bronxlar, burun və ağciyər tıxanıqlığı müalicəsində təsirlidir. Bundan əlavə, yaşlanmağı gecikdirici xüsusiyyəti vardır. Qızartma edilərək istehlak edilməməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.