Maraqlı

Saçlarınızı kokos yağı ilə canlandırın - MASKA

25 Sentyabr 2017 08:59
1 Şərh     Baxış: 47 657
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dəniz, qum, günəş saçlarınızı xarab edib? Üzülməyin! Çünki saçları yenidən canlandırmağın sirri təbiətdədir. Milli.Az ailem.az-a istinadən bununla bağlı sizə faydalı çıxış yolu göstərir.

Kokos yağı ilə saçlarınızı təkrar əvvəlki halına qaytara bilərsiniz. Saymaqla bitməyən faydaları olan kokos yağı istifadə edərək nazilən çaşlarınızı qalınlaşdırıb, saç uclarındakı qırıqları bərpa edə bilərsiniz.  Həftədə bir dəfə kokos yağı ilə saçlarınıza qulluq edərək mükəmməl saçlara qovuşa bilərsiniz.
 
Kokos yağı ilə saça qulluq necə olur?
 
Əvvəlcə saçlarınızı hər zaman istifadə etdiyiniz şampunla yuyun. Sonra onları yaxşıca qurulayın. Otaq temperaturunda qatı formada olan kokos yağını ovcunuza tökərəkalaraq əlinizin hərarəti ilə əridirin.
 
Əgər saçlarınız yağlıdırsa sadəcə uclarına, qurudursa, o zaman saçınızın hər yerinə sürtün. Yağın saçlara təsir etməsi üçün 5 dəqiqə masaj etmək lazımdır. Daha sonra onları sellofanla bağlayaraq, 2 saat gözləyin və sonra şampunla yuyub yaxşıca durulayın.
 
Əgər saçlarınız boyalıdırsa və çox xarab olubsa, bunu həftədə iki dəfə istifadə edə bilərsiniz.
 
İstədiyiniz nəticəni almaq üçün bir ay mütəmadi olaraq kokos yağı ilə saçınıza qulluq etməlisiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.