Maraqlı

İlin ən yüksək gəlirli aktrisası

16 Avqust 2017 23:37
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Forbes"un versiyasına əsasən, "La-la-lend" filmindəki roluna görə, "Oskar" mükafatı alan amerikalı aktrisa Emma Stoun 2017-ci ilin ən yüksək gəlirli aktrisası seçilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Emma Stoun son 12 ay ərzində 26 milyon dollaq gəlir qazanıb.

Reytinqdə 2-ci yerdə "Dostlar" teleserialının ulduzu amerikalı aktrisa Cenifer Eniston qərarlaşıb. Onun son 12 ay üçün əldə etdiyi gəlir 25,5 milyon dollar təşkil edir.

3-cü pillədə "Ac oyunlar" filmində əsas rolda oynayan Cenifer Lourens qərarlaşıb və onun 12 aylıq gəliri 24 milyon dollar təşkil edib.

Dünyada ən çox qazanan aktrisaların 5-liyinə tanınmış aktrisa Melissa Makkarti (18 milyon dollar) və Mila Kunis də (15,5 milyon dollar) daxil olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.