Milli.Az axşam.az-a istinadən bir neçə dil bilən məşhurları təqdim edir:
Aktrisa Fahriye Evcen - Almaniyada böyüdüyü üçün türk kimi alman dilini də sərbəst bilir.
Aktrisa Məryam Üzerli - doğma dili alman dilidir. Türk dilini sonra öyrənib.
Aktyor Cemal Hünal - türk dilindən başqa, fransız dilini də mükəmməl bilir.
Aktyor Kıvanç Tatlıtuğ - türk dilindən başqa, ingilis dilində sərbəst danışır.
Müğənni Rafet El Roman - 2 dil bilir: türk və alman. Tez-tez Azərbaycana gəldiyi üçün Azərbaycan dilində az danışır, amma öyrənmək istədiyini bildirib.
Aktyor İlker Kaleli- İngiltərədə təhsil aldığı üçün türk dilindən başqa onu da əla bilir.
Aktrisa Tuba Büyüküstün - doğma dilindən başqa, ingilis dilini sərbəst bilənlərdəndir.
Aktrisa Azra Akın - uzun illər Hollandiyada yaşadığı üçün oranın dilini də türk dili kimi yaxşı bilir.
Aktrisa Hazal Kaya - İtaliyada universitet bitirdiyi üçün türk dilindən başqa, italyanca da yaxşı danışır.
Aktyor Kıvanç Kasabalı - 2 dil bilən daha bir məşhurdur. O da fransızca danışır.
Aktyor Mehmet Günsur - İtalyanca doğma dili kimi bilir.
Aktyor Kənan Ece - 3 dil bilir. Türk dilindən başqa, almanca və ingiliscə danışır.
Milli.Az