Maraqlı

Sensasiyalı kəşf: dünyanı 30 saniyə dəyişdi - VİDEO - FOTO

15 May 2017 11:02
1 Şərh     Baxış: 5 333

Planetimiz təqribən 66 milyon il əvvəl dəyişdi. Həmin zamanadək Yerə hakim olan nəhəng canlılar - dinozavrlar həyatın sahibləri idilər. Hər tərəfdə bu nəhənglər vardı.

Lakin cəmi 30 saniyə onların məhvinə start verdi. Yer də dəyişməyə başladı.

Milli.Az The Guardian-a istinadən bildirir ki, Britaniyanın BBC2 telekanalı planetar miqyaslı hadisəni araşdırmağa çalışıb və " The Day The Dinosaurs Died" adlı sənədli film hazırlayıb.

Sənədli film bu gün nümayiş olunacaq.

Alimlərin apardıqları araşdırmalar nəticəsində bəlli olub ki, 12 kilometr diametri olan asteroidin Yerə düşməsi nəticəsində dinozavrların məhvi, habelə qlobal buzlaşma dövrü başlayıb.

Bu olaylar nəticəsində Yerin flora və faunası köklü şəkildə dəyişib.

Asteroid Meksikanın Yukatan yarımadasından 28 km aralıya düşüb. Bu toqquşma nəticəsində 150 kilometr eni, 30 kilometr dərinliyi olan nəhəng krater yaranıb.

Alimlər həmin kraterdə qazma işləri apararkən kükürdlə zəngin süxurlar aşkarlayıblar.

Asteroidin düşdüyü yerdə daş və qayalar buxarlanıb, nəhəng toz buludu yaranıb. Bu bulud havaya qalxaraq Günəş şüalarının önünü kəsib və planetin havasını kəskin şəkildə soyudub. Onillər, yüzillər boyu tempetatur mənfi olduğundan canlıların əksəriyyəti məhv olub.

Buxarlanmış okean suyundan, göydən düşən ərimiş daş və qayalardan, sunamilərdən ölməyən dinolzavrlar acından məhv olublar: çünki onların qidaları yox olmuşdu.

Alimlər deyirlər ki, həmin asteroid Yerə bir neçə saniyə tez və ya gec çatsaydı, o, Atlantika və ya Sakit Okeana düşəcəkdi. Beləcə, toqquşma məkanında, sadəcə, su buxarlanacaqdı və Yerdəki proseslərə köklü təsir olmayacaqdı.

Araşdırmalara ABŞ-ın Ostin şəhərindəki Texas Universitetinin geofizika professoru Şon Qulik və Londondakı İmper Kollecinin professoru Coanna Morqan rəhbərlik ediblər.

Onların dediklərinə görə, asteroidin Yerə düşməsi nəticəsində havaya 100 milyard ton sulfat qalxıbmış.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sensasiyalı kəşf: dünyanı 30 saniyə dəyişdi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    PRiNS · 15 May 11:3100

    Bu,çoxdanki keşfdir. Her halda men defelerle bu barede şerh yazmişam. Nezeriyye ise özümün deyil şübhesiz. Her şey bir anda baş vermişdi. Hetta onlar ölməyə də vaxt tapmamişdilar...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.