Maraqlı

Facebook-da nəsil dəyişikliyi

21 İyun 2011 18:07
Baxış: 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalının məlumatına görə, bunu "Forbes" jurnalı yazır. May, ardıcıl olaraq ABŞ, Kanada və Böyük Britaniyada Facebook sosial şəbəkəsində istifadəçilərin sayının azaldığı ikinci ay olub. Jurnal bildirir ki, bu, əsasən gənclərin valideynlərilə "rastlaşmaq" istəməməsilə bağlıdır. Artıq yaşlı nəslin də Facebook-a üz tutması gəncləri oradan qaçaq salır: "Şagirdlər və tələbələr burada da əməllərinə, fotolarına valideynlərinin nəzarət etməsindən qaçır".

Amerikanın Roiworld resursu bildirir ki, hər 5 yeniyetmədən 1-i son zamanlar demək olar ki, Facebook-a baş çəkmədiyini etiraf edir.
Macvideo resursu isə mayda ABŞ-da Facebook üzvlərinin təxminən 6 milyon nəfər azaldığını bildirir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.