Bakıda və Masallıda "Naxox" izdihamı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Naxox" kinokomediyasının sevilən aktyorları Fərda Amin və Elməddin Cəfərov Bakıda və Masallıda filmin fanatları ilə görüş keçiriblər.
Milli.Az bildirir ki, Park Bulvar AVM və Park Cinema Masallıda şəkil çəkdirmək və aktyorlarla birlikdə "Naxox"u izləmək üçün yığışan tamaşaçılar filmi müsbət dəyərləndirdilər. İmza günündən şəkilləri diqqətinizə çatdırırıq.
Qeyd edək ki, komediya janrındakı "Naxox" Film Distribution International-ın dəstəyi ilə çəkilib və 29 dekabrdan ölkənin bütün kinoteatrlarında yayımlanır.
Filmin baş prodüseri - Orxan Mərdan.
Ssenari müəllifləri: Ənvər Abbasov, Samid Ağayev, Elnur Hüseynov, Fərda Amin, Zaur Mirzəzadə
Quruluşçu rejissoru: Zaur Mirzəzadə
Quruluşçu rəssamlar: Anar Hüseyn, Ceyhun Cəfərquliyev
Bəstəkar: Səbuhi Atababayev
Quruluşçu operator: İslam Şirvani
Rafiq Hacıyev
Prodüserlər: Zaur Mirzəzadə, Orxan Mərdan
Aktyorlar (baş rollarda): Elməddin Cəfərov, Fərda Amin, Ağaxan Salmanlı, Abbas Qəhrəmanov, Fidan Axundova, Rüfət Nəzərli, Nigar İbrahimova
Sinopsis:
Emiliya ilə ailə həyatı qurub xoşbəxt yaşayan Rəftar ata olmağa hazırlaşır. Bir səhər ağrıları başlayan Emiliyanı xəstəxanaya yerləşdirdikdən sonra xəstəxana xərclərini ödəmək üçün pul axtarmağa başlayır. İlk olaraq da yaxın dostu, illərdir görmədiyi Qəhrəmanın yanına getməyə qərar verir. Qəhrəman isə Nüşabədən sonra onun eşqindən tərki-dünya olaraq yaşayır. Beləliklə, Rəftar və Qəhrəman illər sonra görüşürlər və məlum olur ki, hər iki qəhrəmanımızın problemləri var, hər ikisinə də təcili iş lazımdır. Rəftar və Qəhrəman əllərinə düşən ilk iş təklifini dəyərləndirərək Ağsaqqal kişiyə dayə düzəlməyi qərar verirlər. Sözdinləməz nadinc Ağsaqqal kişi ilə yaşamaq, ona qulluq etmək elə də asan olmur. Və günlərin bir günü Ağsaqqal təsadüfən dünyasını dəyişir. Təbii ki, bunu heç kimə demək olmaz, çünki hamı onlardan şübhələnəcək. Məhz buna görə bizim iki qorxaq qəhrəmanımız vəziyyətdən çıxış yolunu Ağsaqqalın ruhunu çağırmaqda görür. Gözlənilmədən ruh gəlir. Rəftar və Qəhrəman bir tərəfdə Ağsaqqalın cəsədi, bir tərəfdə də onun ruhu ilə baş-başa qalırlar. Beləliklə, gülməli hadisələr başlayır.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şorba qaynayarkən 1 çimdik soda əlavə edin, fərqi görün
-
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin
-
"A.B.İ"də daha bir ayrılıq - FOTO
-
Günün qoroskopu: Səyahət planlaşdırmaq üçün ideal zamandır
-
8 milyondan çox termos təcili geri çağırıldı: Kor edirmiş
-
Gilasın faydaları nələrdir? Gilasın zərəri varmı?
XƏBƏR LENTİ
-
Şorba qaynayarkən 1 çimdik soda əlavə edin, fərqi görün
-
Təyyarədə 19E oturacağında heç vaxt əyləşməyin
-
Meksika mundiala qələbə ilə başladı - YENİLƏNİB
-
Türkiyədə sərnişin təyyarəsi qəzaya düşdü
-
"A.B.İ"də daha bir ayrılıq - FOTO
-
İran razılaşma ilə bağlı xəbərləri təkzib etdi
-
63 yaşlı kişi qətlə yetirilib, şübhəli qardaşı oğludur
-
Tramp: ABŞ və İran sülhlə bağlı razılığa gəlib
-
Günün qoroskopu: Səyahət planlaşdırmaq üçün ideal zamandır
-
Bakının 3 rayonunda qaz kəsiləcək
-
Şakira futbol üzrə dünya çempionatları tarixində ilkə imza atdı
-
Allergiya yaradan mövsüm meyvələri açıqlandı
-
8 milyondan çox termos təcili geri çağırıldı: Kor edirmiş
-
Gilasın faydaları nələrdir? Gilasın zərəri varmı?
-
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
-
Renkanın halı pisləşdi: “Ölürdüm, danışa bilmirdim”
-
11-ci sinif şagirdi qəfil vəfat etdi - FOTO
-
Osimhen üçün 120 milyon avroluq təklif
-
İrana planlaşdırılan zərbələr ləğv edilib
-
Çörəyi köhnəltmədən saxlamağın ən sadə yolu
-
Baş Gömrük İdarəsində əməliyyat: Saxlanılanlar var
-
Nəzakət Tanrıverdiyeva vəfat etdi - FOTO
-
"A.B.İ"nin aktyoru əməliyyat olundu - FOTO
-
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”





