Türkan Şoraydan bəd xəbər - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yeşilçam"-ın əfsanəvi aktrisası Türkan Şoray fanatlarını kədərləndirəcək xəbər verib.
Milli.Az publika.az-a istinadən bildirir ki, Türkiyə Metabolizm Cərrahiyyə Fondunun gecəsinə türk kinosunun sultanı Türkan Şoray da qatılıb. Aktrisa gecədə səhhəti ilə bağlı açıqlama verib. Usta sənətkar kuşinq sindromuna tutulduğunu etiraf edib. O, "Çox nadir görünən bu xəstəlikdən mən də əziyyət çəkirəm".
Kuşinq sindromu nədir?
Kuşinq sindromu tez-tez qadınlarda rast gəlinən haldır. Bu xəstəlik zamanı qadın hədsiz dərəcədə kökəlir, qanda şəkərin miqdarı yüksəlir. Xəstələrin böyrəklərində şəkər olur. Böyrəküstü vəzilərindən kortizol adlı hormon hasil edilir. Əgər bu hormon böyrəküstü vəzilərindən çox miqdarda istehsal olunarsa, ya da kortizon adlı dərman uzun müddət yüksək miqdarda istifadə edilsə, kuşinq xəstəliyi meydana gəlir. Bu xəstəlik ilk dəfə amerikalı həkim Harvey Kuşinq tərəfindən tapılıb.
Piylənmədən fərqli olaraq, kuşinq sindromu üçün xarakterik simptomları çiyin, ayaq və sağrı əzələlərinin atrofiyaya uğramasıdır. Məhz buna görə də, xəstə ayağa qalxdıqda çətinlik çəkir. Qarın əzələlərinin atrofiyaya uğraması qarnın "qurbağayabənzər" olmasına gətirib çıxarır və beləliklə də qarnın ağ xətt yırtıqlarının yaranmasına səbəb olur. Bundan başqa, Kuşinq sindromu üçün nəzərə çarpan damar şəkilli və "mərmər" dəri xarakterikdir.
Piylənmənin proqressiv şəkildə artması və dəridə kollagenin azalması dəridə striya və ya cırılmalara gətirib çıxarır. Striyalar tünd qırmızı və ya bənövşəyi rəngdə olub qarın, bud əzələsinin içəri yuxarı hissəsində, süd vəzilərində, çiyinlərdə yerləşir və striyaların ölçüləri bir neçə santimetrə qədər ola bilər. Bəzən dəridə xırda səpgilər və kiçik ölçülü qansızmalar yarana bilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
XƏBƏR LENTİ
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)





