Maraqlı

Çingizxan avropalı olub?

19 Sentyabr 2016 19:23
3 Şərh     Baxış: 1 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Monqolustan və Cənubi Koreyadan olan bir qrup genetik alim müəyyən edib ki, Monqol İmperiyasının banisi Çingizxan avropalılar üçün tipik sayılan haploqrupa aid olub.

Virtualaz.org xəbər verir ki, bu elmi işlə bağlı hesabat "PLoS ONE" elmi jurnalında dərc edilib. Məqalənin müəllifləri bildirirlər ki, Monqolustandakı Tavan Tolqoy məzarlığında aşkar edilmiş yeddi şəxsin skeletinin genetik analizi Çingizxanın köklərinin Avropaya gedib çıxdığını deməyə əsas verir.

Məzarlıqdakı yeddi skeletdən dördü kişilərə, üçü isə qadınlara məxsusdur. Qadınlardan biri, çox güman ki, basdırılmış üç kişinin anasıdır. Tədqiqatçıların fikrincə, qəbirlərdə Çingizxanın qəhumlarının qalıqlarıdır.

Bunu məzarlıqda tapılan zərgərlik məmulatlarına görə güman etmək mümkündür. Onların üzərində Çingizxanın aid olduğu Borciginlər nəslinin simvolu - şahin əks olunub. Radiokarbohidrogen analizinin nəticələrinə görə, qəbirlər 1130-1250-ci illərə aiddir. Məhz bu amillər belə deməyə əsas verir ki, buradakı qalıqlar böyük fatehin qohumlarına məxsusdur.

Tədqiqatçılar müəyyənləşdiriblər ki, mərhumlar Qərbi Avropa əhalisinə xas olan R1b-M343 haploqrupuna aiddirlər. Haploqrup dedikdə ümumi əcdaddan miras qalan və DNT-nin müəyyən hissəsində eyni mutasiyaya malikgenlər dəsti nəzərdə tutulur. İndiyə kimi hesab olunurdu ki, Çingizxan Şərqi Asiya üçün tipik sayılan C3c-M48 haploqrupuna aid olub.

Alimlərin fikrincə, əgər dəfn olunanlar Çingizxanın ata tərəfdən qohumlarıdırsa, o özü də mütləq R1b-M343 haploqrupuna aid olmalıdır. Başqa sözlə, onun əcdadları Avropadan gəlmələrdir. Bu nəzəriyyə həm də ona əsaslanır ki, orta əsrlər tarixçilərinin yazdıqlarına görə, Çingizxanın yaşıl rəngli gözləri olub.

Yeni tədqiqat Monqol İmperiyasının banisinin mənşəyi barədə əsrlər boyu davam edən mübahisələrə son qoya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.