Maraqlı

Maykl Ceksonun uşaqları nə işlə məşğuldur? - FOTO

27 Aprel 2011 05:24
Baxış: 2 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı "Mail Online"a istinadən bildirir ki, dünya popunun kralı, mərhum Maykl Ceksonun uşaqları atalarının yolu ilə getmirlər.
12 yaşlı Peris, 14 yaşlı Prins və 9 yaşlı Blankett şou-biznes aləmində özlərini sınamaq fikrində deyillər.
Maykl Cekson duüynasını dəyişəndən bəri nənələrinin himayəsinə verilmiş uşaqlar yaşamlarından razı olduşqlarını deyirlər.

Perisin dediyinə görə, anası Debbi Roudan ona mavi gözlər və kəhrəba saçlar çatıb.

"Atamın dəfn mərasimində çox qəmlənmişdik. Onun ölümünə inanmırdıq. Tabutun arxasınca gedəndə Blankett ağladı. O heç inanmaq istəmirdi ki, atamız artıq yoxdur", - Peris deyib.

2009-cu ilin iyulundan, Maykl Ceksonun dəfnindən üzübəri iki bacı və bir qardaşın təlim-tərbiyəsində bibiləri, 54 yaşlı La Toya Cekson böyük rol oynayır

La Toyanın dediyinə görə, qardaşının övladlarına göz bəbəyi kimi baxır.

"Onlar Mayklın yadigarlarıdır və təbii ki, öz övladlrım təki sevirəm bu uşaqları", - La Toya Cekson deyib.

Milli.Az







Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.