Maraqlı

Tanınımış tele-aparıcı İbrahim Tatlısəs üçün ağlayanlara "yox" dedi

16 Aprel 2011 15:26
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin tanınmış tele-aparıcısı, model və aktrisa, "Best Model of Turkey 2003" müsabiqəsinin finalçılarından biri Şahnaz Özkaya, artıq xeyli vaxtdır tamaşaçılarını İbrahim Tatlısəsin müəllifi və aparıcısı olduğu "İbo show" verilişinin canlı yayımından salamlayır. Tanınmış müğənninin başından vurulub, terror qurbanına çevrilməsindən sonra Şahnaz, proqramın aparıcılığını tanınmış türk müğənnisi Selami Şahinlə birlikdə gerçəkləşdirir.

Trend-ə İstanbulda açıqlama verən tele-aparıcı bildirdi ki, hazırda Almaniyada müalicəsini uğurla davam etdirən İbo üçün göz yaşı tökən pərəstişkarları daha dözümlü olmalıdırlar. "İbrahim bəy o qədər güclü insandır ki, onun tezliklə ayağa qalxacağına bütün dostları əmindir. Türkiyədə yaşayan yüzminlərlə fanatı göz yaşlarına hakim kəsilməlidir. Allahımız onu bizə bağışladı. Həkimlər də güclərini səfərbər edib onu qısa zamanda ayağa qaldırmağa çalışırlar. İbo sevənlər yalnız dua etməlidirlər ki, səhhətində hər şey qaydasına düşsün. Hüznlü yox, sevinc göz yaşları axmalıdır gözlərimizdən", - tele-aparıcı belə dedi.

"İbo show"da özünü qonaq aparıcı kimi qiymətləndirən Şahnaz, Tatlısəsinin sağaldıqdan sonra şousuna aparıcılıq edəcəyindən də danışdı. "Təbii ki, İbrahim bəy reabilitasiyasını bitirdikdən sonra yaradıcılığını davam etdirməyə qərar verən andan verilişini də özü aparacaq. Sadəcə biz - mən və Selami Şahin qonaq aparıcılarıq. İnşallah, o günün uzaqda olmadığına inanıram ki, Şahin başda olmaqla, şouya qatılan sənətçi dostlarımız İbonun aparıcılığı ilə yenidən tamaşaçı qarşısına çıxacağıq. Yastığın yüngül olsun, "imperator"umuz", - Özkaya əlavə etdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.