Qulaq iltihabının təbii müalicə üsulu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır. Qulaq üç hissədən ibarətdir: xarici, orta və daxili qulaq. Xarici qulaq əsasən dəri ilə örtüldüyündən, dəriyə xas olan iltihabi proseslərə (sızanaq, furunkul və s.) burada da rast gəlmək mümkündür.
Milli.Az tabloid.az-a istinadən bildirir ki, qulağa birbaşa aid olan xəstəliklər daxili və orta otitlərdir. Daxili otitlərə az rast gəlinsə də, bu çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən öz-özünə əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqda ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur. Orta otitlər daha çox yayıldığına görə, "otit" termini işlənərkən də əksərən orta qulağın iltihabı nəzərdə tutulur.
Qulaq iltihabının əlamətləri bəzi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bu məsələdə doğru diaqnoz və erkən müalicə əhəmiyyətlidir. Əlamətlərin bir gündən çox çəkməsi şiddətli qulaq ağrısına səbəb olar. Qulaq ağrısı və ya qulaq axıntısı olan zaman dərhal həkimə müraciət etmək vacibdir.
Xəstələrin şikayətləri qulaqda və qulaq ətrafına yayılan ağrılar, qulağın tutulması, eşitmənin zəifləməsi, küy, temperatur və bəzən qulaq pərdəsinin deşilməsi ilə müşahidə olunan ifrazatın və irinin gəlməsindən olur. Lakin xəstədə bu göstərilən şikayətlərin hamısı eyni zamanda müşahidə olunmaya da bilər.
Uşaqlarda da geniş şəkildə müşahidə olunan simptomlara aşağıdakılar daxildir:
Yatarkən ortaya çıxan qulaq ağrısı
Qulaqda çəkilmə hissi
Yatmaqda çətinlik
Normaldan daha çox ağlama
Normaldan daha çox əsəb;
Duymaqda və səslərə reaksiya göstərməkdə çətinlik
Tarazlıq itkisi
Baş ağrısı
Qızdırma 38 dərəcə və yuxarı
Qulaqda axıntı
İştahsızlıq
Qusma
Qulaq iltihabında antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur, qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. Ümumi şəkildə isə antibakterial terapiya, sulfanilamid preparatları və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur.
Qulaq ağrısının təbii üsullarla müalicəsi
Sarımsaq: Soyuqdəymə nəticəsində baş verən qulaq ağrısını kəsmək üçün sarımsaq şirəsini zeytun yağı ilə qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır. Sarımsaq şirəsinin badam və çobanyastığı yağı ilə qaynadılmış qarışığı da buna yaxşı təsir edir.
Nar: Turş nar dənələrini əzib şirəsini qaynatdıqdan sonra, onu eyni miqdarda bal ilə qarışdırıb qulağa damcıladırlar. Şirin nar dənələrini şərabda qaynadıb, əzib sonra qulağa məlhəm şəkildə qoyanda təsiri yaxşı olur.
Yumurta: Yumurta sarısını qulağa damcıladanda ağrı sakitləşir. İltihablı ağrıları kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qarışdırıb, təpitmə kimi qulağa çəkmək çox xeyirlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
74 yaşlı Bülent Ersoya NƏ OLUB? - Video müzakirə yaratdı
-
"Yarım saat üçün Aysun da, mən də 4000 manat ALIRIQ"
-
Bakıda mağaza açılışındakı izdiham müzakirə yaratdı - VİDEO
-
“Mihrimah”ın 12 illik evliliyi bitdi - FOTO
-
Xalq artisti nənə oldu - VİDEO
-
Qəfil ölən 11-ci sinif şagirdinin görüntüləri KÖVRƏLTDİ - VİDEO
XƏBƏR LENTİ
-
Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
-
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
-
3D texnikasında yeni baxış! “Nağılları Yaşadan İlmələr. Qarabağ xalçaları” eksklüziv kolleksiyası yaradılıb - FOTO
-
"Fənərbağça"da yeni baş məşqçi postuna iki iddialı ad gündəmdə
-
WUF13: Bakıda yollar üzrə müvəqqəti dəyişikliklər tətbiq olunacaq
-
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
Gürcüstan Patriarxlığına üç əsas namizəd var
-
Azərbaycanda sığorta bazarı 5%-ə yaxın böyüyüb
-
Moskvada güclü YANĞIN: 8 nəfər ölüb - VİDEO - YENİLƏNİB
-
74 yaşlı Bülent Ersoya NƏ OLUB? - Video müzakirə yaratdı
-
Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyənləşdiriləcək
-
Yetkinlik yaşına çatmayanların əməllərinə görə kim cavabdehdir? - AÇIQLAMA
-
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə görüşdü
-
BƏƏ OPEC-dən çıxır
-
"Məni düşündürən başqa şeydir"
-
"Yarım saat üçün Aysun da, mən də 4000 manat ALIRIQ"
-
Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR
-
Arts Olimpia 2026: Bakıda 2000-ə yaxın gənc istedadın iştirakı ilə incəsənət olimpiadası keçiriləcək
-
Onlayn bilet alanlara ŞAD XƏBƏR
-
Məşhur müğənnidə görün nəyin DNT-si tapıldı
-
Sadettin Saran “Fənərbağça” ilə vidalaşdı
-
Ağcabədidə ağır qəza - Ölən var
-
Türkiyə F-16-ları Azərbaycanda təlimdə iştirak edir
-
ABŞ-dən AÇIQLAMA: İranla razılaşmaya nə mane olur?





