07:43
Azərbaycanın "Eurovision-2016" mahnı müsabiqəsində təmsilçisi Səmra Rəhimli yarışın birinci yarımfinal mərhələsində on dördüncü nömrə altında çıxış edib.
Səmra: "Əlimdən gələni əsirgəməyəcəyəm" - VİDEO - FOTO
Səmra Rəhimli Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduqları "Miracle" mahnısını ifa edib.
Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Azərbaycan, Rusiya, Niderland, Macarıstan, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr və Maltadır.
Videonu izləmək üçün şəklə klikləyin.
------------
00:19
Stokholmun "Globe" arenasında "Eurovision-2016" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanı təmsil edən Səmra Rəhimli 14 nömrə altında "Miracle" mahnısını ifa edib. Birinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışır. Səmra Rəhimlidən başqa yarımfinalda Ukrayna, Macarıstan, Yunanıstan, Rusiya, Niderland, Ermənistan, Moldova, San-Marino, Finlandiya, Xorvatiya, Avstriya, Bosniya və Herseqovina, İslandiya, Kipr, Monteneqro, Çexiya və Estoniyanın nümayəndələri çıxış edirlər.
Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.
Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq.
Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
61-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.
------------------
10.05.2016
23:19
Bu gün Stokholmda Eurovision 2016-nın 1-ci finalında 18 iştirakçı çıxış edəcək.
Milli.Az bildirir ki, onlar Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San-Marino, Çexiya, Kipr, Avstriya, Estoniya, Azərbaycan, Monteneqro, İslandiya, Bosniya və Hersoqovina, Maltanı təmsil edirlər.
1. Finlandiya: Sandhja - "Sing It Away" mahnısı ilə
2. Yunanıstan: Argo - "Utopian Land" mahnısı ilə
3. Moldova: Lidiya İsak - "Aalling Stars" mahnısı ilə
4. Macarıstan: Freddie - "Pioneer" mahnısı ilə
5. Xorvatiya: Nina Kraljic - "Lighthouse" mahnısı ilə
6. Hollandiya: Douwe Bob - "Slow Down" mahnısı ilə
7. Ermənistan: Iveta Mukuchyan - "LoveWave" mahnısı ilə
8. San-Marino: Serhat - "I Didn't Know" mahnısı ilə
9. Rusiya: SergeyLazarev - "You are the only one" mahnısı ilə
10. Çexiya: Gabriela Guncşková - "I Stand" mahnısı ilə
11. Kipr: Minus One - "Alter Ego" mahnısı ilə
12. Avstriya: ZOE - "Loin d'ici" mahnısı ilə
13. Estoniya: Öri Pootsmann - "Play" mahnısı ilə
14. AZƏRBAYCAN: Samra Rahimli - "Miracle" mahnısı ilə
15. Monteneqro: Highway - "The Real Thing" mahnısı ilə
16. İslandiya: Greta Salóme - "Hear Them Calling" mahnısı ilə
17. Bosniya və Hersoqovina: Dalal & Deen feat. Ana Rucner & Jala - "Ljubav Je" mahnısı ilə
18. Malta: Ira Losco - "Walk on Water" mahnısı ilə
23:19
"Eurovision" yarışmasının 1-ci yarımfinalı başlayıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "Eurovison - 2016" İsveçdə keçirilir. Azərbaycan təmsilçisi Səmra Rəhimli bugünkü yarımfinalda 14-cü sırada çıxış edəcək.
Qeyd edək ki, 2-ci yarımfinal mayın 12- si saat 23:00-da, final isə mayın 14- ü saat 23:00 - da yayımlanacaq.
Milli.Az