Körpənin qulağının ağrıdığını necə bilək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Körpələrin çox ağlamasının və aşırı narahatlığının ən sıx səbəbi qulaq ağrısıdır. Bəs danışmayan körpənin qulağının ağrıdığını necə bilmək olar?
Milli.Az lent.az-a istinadən bildirir ki, körpənin qulağının ağrıdığını qışqırıb ağlaması, qulağını dartması, xüsusilə gecə yuxusuzluğu və narahatlığı, əmməkdən imtina etməsi, qulaqdan axıntının olması, qulaq önü-tragus nahiyəsini yüngülcə sıxarkən körpənin qışqırıb ağlaması ilə anlamaq olar. Valideynlər bəzən əlini tez-tez qulağına aparan, sırğalığı çəkişdirən körpənin qulağının ağrıdığını zənn edər və qulaq damcılarından istifadə etməyə başlayarlar. Lakin bu, hər zaman qulaq ağrısı - otit əlaməti deyildir. Qulağı ağrıyan uşaq yalnızca onu çəkişdirməklə kifayətlənməz, çox narahat olar və ağrıkəsici qəbuluna ehtiyac duyarlar. Qulaq ağrısını ciddiyə almaq və mütləq mütəxəssisə müraciət etmək lazımdır.
Uşaqların qulağını təmizləmək lazım deyil. Qulaqda normalda sera - qulağın normal ifrazatını sintez edən vəzilər vardır. Bəzi uşaqlarda sera normadan artıq ifraz edilə bilər və qulaqdan axıntı şəklində xaric edilə bilər. Bunu da qulaq ağrısı ilə qarışdırıb, yersiz qulaq damcılarından istifadə etmək olmaz. Uşaqları çimizdirərkən qulağa su getməməsi üçün pambıq qoymaq lazım da deyil. Əksinə, xarici qulaq keçəcəyinin yuyulması ordan seranın - qulağın normal ifrazatının xaric edilməsini asanlaşdıracaq. İstisna hallar - otitin kəskin dövrü və təbil pərdəsinin dəlikli olmasıdır.
Qulağı ağrıyan uşağa evdə necə kömək edək?
Uşaq qulaq ağrısından çox ağlayırsa, ona mütləq ağrıkəsici siroplardan vermək (İbuprofen), qulaq ağrısı zamanı qulağa 1-2 damla zeytun yağı damızdırmaq fayda verir. İsidilmiş parçanın qulağa tutulması da ağrını yüngülləşdirir. Ehtiyatda qulaq üçün nəzərdə tutulmuş damlalardan varsa, qulağa damızdırmaq körpəni rahatlatacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
74 yaşlı Bülent Ersoya NƏ OLUB? - Video müzakirə yaratdı
-
"Yarım saat üçün Aysun da, mən də 4000 manat ALIRIQ"
-
Bakıda mağaza açılışındakı izdiham müzakirə yaratdı - VİDEO
-
“Mihrimah”ın 12 illik evliliyi bitdi - FOTO
-
Xalq artisti nənə oldu - VİDEO
-
Qəfil ölən 11-ci sinif şagirdinin görüntüləri KÖVRƏLTDİ - VİDEO
XƏBƏR LENTİ
-
Bu halda gömrük pulu geri qaytarılmayacaq
-
Altı ay ərzində gömrükdə rəsmiləşdirilməyən avtomobillər dövlət mülkiyyətinə keçəcək
-
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
-
3D texnikasında yeni baxış! “Nağılları Yaşadan İlmələr. Qarabağ xalçaları” eksklüziv kolleksiyası yaradılıb - FOTO
-
"Fənərbağça"da yeni baş məşqçi postuna iki iddialı ad gündəmdə
-
WUF13: Bakıda yollar üzrə müvəqqəti dəyişikliklər tətbiq olunacaq
-
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
-
Gürcüstan Patriarxlığına üç əsas namizəd var
-
Azərbaycanda sığorta bazarı 5%-ə yaxın böyüyüb
-
Moskvada güclü YANĞIN: 8 nəfər ölüb - VİDEO - YENİLƏNİB
-
74 yaşlı Bülent Ersoya NƏ OLUB? - Video müzakirə yaratdı
-
Mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası müəyyənləşdiriləcək
-
Yetkinlik yaşına çatmayanların əməllərinə görə kim cavabdehdir? - AÇIQLAMA
-
Hikmət Mirzəyev türkiyəli həmkarı ilə görüşdü
-
BƏƏ OPEC-dən çıxır
-
"Məni düşündürən başqa şeydir"
-
"Yarım saat üçün Aysun da, mən də 4000 manat ALIRIQ"
-
Bazarda qiymətlər QALXDI - Bahalaşan MƏHSULLAR
-
Arts Olimpia 2026: Bakıda 2000-ə yaxın gənc istedadın iştirakı ilə incəsənət olimpiadası keçiriləcək
-
Onlayn bilet alanlara ŞAD XƏBƏR
-
Məşhur müğənnidə görün nəyin DNT-si tapıldı
-
Sadettin Saran “Fənərbağça” ilə vidalaşdı
-
Ağcabədidə ağır qəza - Ölən var
-
Türkiyə F-16-ları Azərbaycanda təlimdə iştirak edir





