Sirli Sokotra adası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sokotra Hind okeanının Somali sahillərində, Ərəbistan yarımadasından təxminən 350 km cənubda dörd ada və iki qayadan ibarət arxipelaqdır. Afrikanın təxminən 320 km uzaqlığındakı Sokotra adasına getsəniz özünüzü yad bir planetdəki kimi hiss edəcəksiniz. Çünki, ada fəqli bitki örtüyü ilə qəribə görünüşə malikdir. Bu adada olan bitkilərin üçdə biri dünyanın heç bir yerində yoxdur.
Nümunə üçün deyə bilərik ki, özündən qırmızı su ifraz edən "əjdaha qanı ağacı" adlandırılan ağac Sokotraya xas olan bir bitkidir.
Coğrafi baxımdan yeddi milyon il əvvəl Afrika qitəsindən ayrılıb ada halına gəldiyi təxmin edilən Sokotra dünyanın başqa heç bir yerində görülməyən 200-dən çox fauna və flora növünə malikdir. Adanın ən çox diqqət cəlb edən xüsusiyyəti isə yuxarıdan baxıldığı zaman göbələyə oxşayan, yaxından baxdıqda isə yad planetə oxşayan ağacları və fil ayağı şəklindəki çöl gülləridir. Hind okeanının əhatə etdiyi adaya ən yaxın yer 250 kilometr məsafədə yerləşən Somalidir. Sokotra adasında insanların demək olar ki, hamısı əsas adadakı Hadibu şəhərində yaşayır. Adanın adı Sanskrit dilində "xoşbəxtlik adası" mənasında işlənir. Adından da göründüyü kimi Sokotra həqiqətən çox sakit bir yerdir. 2004-cü ilə qədər asfalt yolu belə olmayan adada sadəcə 40 min insan yaşayıb. 1967-ci ildə Mahra Sultanlığı ləğv edildikdən sonra Sokotra adası Yəmən Xalq Demokratik Cumhuriyyətinə birləşdirilib. Bu ada hər il turist axınına məruz qalır.
Qeyd edək ki, adaya səyahət Somali piratları tərəfindən zəbt edilmiş okean suları və ya Yəmənin paytaxtı Sənadan birbaşa uçmaqla mümkündür.
"Zaman Azərbaycan"
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xırdalanda biabırçı mənzərə ürək bulandırdı - FOTO
-
Toralın transfer olunduğu "Bursaspor"un milyonlarla borcu var
-
"Kızılcık şerbeti"ndə yeni aktrisa - FOTO
-
Millimizin üzvünə Avropadan yüksək maaşlı təklif gəlib
-
Nəvəsi ilə FOTOlar paylaşdı
-
Şəkinin iki kəndində qaz kəsiləcək
-
37 yaşlı kişi bıçaqlandı - Qaynı saxlanıldı
-
Bakıda qayınata gəlinini öldürüb
-
"Enerji sahəsində əməkdaşlığa dair" Bakı Bəyannaməsi qəbul edilib
-
Röya bayramda onlarla bir araya gəldi - VİDEO
-
Marneuli Meriyası Nizami Gəncəvinin abidəsinə zərər vurulmasını sərt qınadı
-
Şumaxerin qardaşı həmcinsi ilə evləndi - Fotolar
-
Azərbaycanda sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Direktor sosial şəbəkədəki paylaşımlarına görə işdən çıxarılıb? - Rəsmi açıqlama
-
Ölkəmizdə Ebola riski varmı? - Rəsmi açıqlama
-
Tanınmış müğənni konsertini yarımçıq qoyub səhnəni tərk etdi
-
“Daçnik”də istirahət edənlərə vacib XƏBƏRDARLIQ
-
Bakıda taksi parkları satışa çıxarılır - Taksiyə maraq niyə azalıb?
-
Ayağı amputasiya edilən "Survivor" yarışmaçısının son halı - FOTO
-
1715-ci ilin Quarneri skripkası Elvin Hoca Qəniyevin sehrli əllərində – Bakıda möhtəşəm musiqi axşamı - VİDEO - FOTO
-
Bakıda 5001 qızıl gül kimə verilib? - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
-
2026-cı il Dünya Kubokunda İLK DƏFƏ





