Maraqlı

Qaraciyəri təmizləyən qidalar - SİYAHI

15 Avqust 2015 18:10
4 Şərh     Baxış: 9 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bədənimiz üçün çox önəmli bir yerə malikb olan qaraciyər toksin maddələrin atılmasını təmin edir. Lakin qaraciyərin də təmizlənməsinə ehtiyac var. 
Milli.Az lent.az-a istinadən qaraciyəri təmizləyən qidaların siyahısını təqdim edir. 
 
Ərik, alma və üzüm kimi sıxılmış meyvə suları qaraciyər üçün çox faydalıdır. Hazır satılan meyvə sularından isə uzaq durun. Bu cür meyvə sularının tərkibində şəkər və qoruyucu əlavə edilmiş vasitələr olduğu üçün "fast food"lardan geri qalmır. 
 
Yeməklərə ləzzət qatan bu ikilinin faydaları hər gün bir formada qarşımıza çıxır. Soğan və sarımsağın qaraciyərə yaxşı təsir etməsi və təmizləyici xüsusisyyətlərinin olduğu bildirilir. 
 
Zəncirotu qaraciyərdə yaranan problemlərdə aktiv rol oynayır. Zəncirotu çayı dəmləyən zaman yarım çay qaşığı əzilmiş zəncirotu kökü bir stəkan suya axşamdan tökülür. Səhərisi gün səhər saatlarında qaynama dərəcəsində isidilir və süzülür. Səhər yeməyindən yarım saat öncə və sonra içilir. 
 
Lif tərkibli qidalar yeməklərdən əldə edilən artıq yağların atılmasına kömək olur. Qida lifi eyni zamanda qaraciyərə dəstək olaraq bədənin təmizlənməsi prosesinə təsiri də böyükdür. Mərcimək, ispanaq, yulaf əzməsi, kəpək, qara lobya, quru lobya  kimi qidaları yeməklərinizə əlavə etsəniz  sizə lazım olan lif miqdarını ala bilərsiniz.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.