Gənclər, diqqət! Bu xəstəlik sizi öldürə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az lent.az-a istinadən ürək xəstəlikləri haqqında bilməli olduğunuz məlumatları və qorunma üsullarını təqdim edir.
Damar sərtliyi
Ürək problemləri arasında ən sıx görüləni damar sərtliyidir (ateroskleroz).
Ölkəmizdəki ən geniş yayılmış ürək xəstəliklərinə ürəkdə ritm pozuntusu, ürək qapağı xəstəlikləri (mitral qapaq - aorta qapaq xəstəlikləri), tac arteriya xəstəlikləri, doğuşdan gələn ürək xəstəlikləri, ürək çatışmazlığı, ürək döyüntüsü, ürək revmatizmi, ürək ağrısı, ürək spazmı, ürək böyüməsi, taxikardiya (ürək sürətinin artması) , perikardiya (ürəyi çevrələyən pərdə), atriyal septal defekt ( ASD) xəstəlikləridir .
Gizlicə irəliləyə bilər
Hər ürək xəstəliyinin fərqli əlamətləri vardır. Ancaq ən çox görülən şikayətlər sinədə ağrı, döyünmə, göynəmə, nəfəs almaqda çətinlik, sol qolda ağrı və keyimə, bel ağrısı, qarın ağrısı, ürəkgetmə, gecə sidiyə tez-tez getmək, siyanoz (əl-ayaq barmaqlarında, dodaqlarda göylərin yaranması) , ayaq və qarın bölgəsində şişmə, öskürək, tez yorulma, halsız olmaqdır.
Ən böyük təsir irsidir
Ürək xəstəliklərinə səbəb olan bir neçə hal vardır. Bunlardan ən risklisi və həlli mümkün olmayan genetik səbəbdir. Əslində daha əvvəl ürək narahatlığı yaşayan, infarkt keçirən insanların yenidən infarkt olma risk daha yüksəkdir. İrsi yolla keçən xolesterol da müalicə edilmədiyi təqdirdə infarkt və gənc yaşda ölümlərə səbəb ola bilər.
Stressli insanlarda ürək xəstəlikləri daha sıx görülür. Eyni zamanda şəkər xəstəliyi də yüksək səviyyədə risk təşkil edir. Ürək xəstəliklərinə səbəb olan digər risk amilləri düzgün qidalanmamaq, siqaret, spirtli içki kimi zərərli vərdişlər, yüksək təzyiq, piylənmə, nizamsız həyat şəkli, hərəkətsizlik və yuxu problemləridir.
Kilo almayın
Ürək sağlamlığını poza biləcək bəzi amillər nəzarət altına alınsa, sağlam həyat sürə bilərsiz. Xüsusən stress yaradan vəziyyətlərdən uzaq durmaq, siqaret və spirti içkini tərgitmək lazımdır. Kökəlməməyə çalışın. Yağlı ət, qızartma, basdırma, qaraciyər, kolbasa, dalaq, konservlər qətiyyən yeyilməməlidir.
Həftədə 1 dəfə mütləq balıq yeməlisiz. Qırmızı ət yerinə balıq və toyuq yeyin. Toyuq əti yeyilərkən yağlı yerləri və dərisi çıxarılmalıdır. Balıq tərkibindəki Omega 3 turşuları sayəsində qan axınını artırır və pis xolesterolu aşağı salır.
Templi qaçışların faydası var
Süd və süd məhsullarının yağsız olanı seçilməlidir. Yemək bişirərkən zeytun yağından istifadə edin və duzun miqdarını azaldın. Gün ərzində heç bir yeməyi ötürməməli, meyvə və tərəvəzləri bol yeməlisiz. Tam taxıl çörəkləri yeyin. Fiziki hərəkətlər də ürək sağlamlığını qorumağa kömək edir. Bədəni çox yoracaq hərəkətlər etməyin.
Ürək xəstəlikləri gənclər arasında sürətlə yayılır
Sağlıqsız və nizamsız qidalanma, stress, hərəkətsiz həyat, siqaret, spirtli içki, ağır fiziki hərəkətlər ürək xəstəliyinin gənc yaşlarda ortaya çıxmasına səbəb olur. Bir digər amil də narkotik maddə istifadəsidir. Eyni zamanda kola, qazlı içkilər də infarkta zəmin yarada bilər.
İrəli yaşlarda ürəklə bağlı problem yaşandığında yan damarlar dövrəyə girərək insanın həyatını qurtara bilər. Ancaq gənclərdə yan damarlar daha yaxşı formalaşmadığından ürək problemi çox vaxt ölümlə nəticələnir. Bu yan damarlar 50 yaşından sonra formalaşır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
XƏBƏR LENTİ
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)





