Qadın bədəni, ehtiras, iyrənclik, yalan və pul - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Feminizmin 50 illik tarixi boyunca "qadınlarla kişilər bərabərdir", "gender bərabərliyi olmalıdır", "seksizmə son qoyulmalıdır" deyənlərin sayı artsa da, onların real uğurları azalmaqdadır.
Milli.Az bildirir ki, qadınların ehtiras mənbəyi kimi istifadəsinə yönəlmiş biznes sürətli inkişafındadır.
Bunun ən bariz sübutlarından biri də "Victoria's Secret" brendinin şouları sayıla bilər.
London, "Earl's Court", "Victoria's Secret"in ənənəvi illik moda şousu.
Brendin sanki dindarlara istehza ilə "mələklər" adlandırdığı 47 model podiumda alt paltarında var-gəl edir, əyinlərindəki alt paltarlarından daha çox, vücudlarını göstərir.
Zaldakı 3 min tamaşaçı da defileni şövqlə izləyir.
Simalar gərilib, kişilərin gözlərində ehtiras, qadınların baxışlarında paxıllıq və laqeydlik.
Kişilər baxışları ilə onsuz da yarıçılpaq modelləri soyundurur, qadınların tam əksəriyyəti isə defiledəki modellər təki vücuda malik olmamalarını düşünərək sarsılır, qəzəblənirlər.
Biletlər də heç ucuz deyildi: ən ucuzu 15 min dollar.
Moda ekspertləri deyirlər ki, "Victoria's Secret"in kolleksiyalarındakı alt paltarları orta statistik qadın üçün çox narahatdır. Al və qara rəngdə bol atlas, çoxlu kəmərciklər.
Amma kimin vecinə ki...
Əsas məsələ ehtiras, şəhvət - ən aşağılıq hisslərin yaradılmasıdır.
Brendin saytı da sanki porno-resursdur: hər tərəfdə çılpaq, yarıçılpaq qadın bədənləri.
Bu saytın tamaşaçıları arasında ehtiras düşkünü olan kişilərlə yeniyetmələr daha çoxdur.
Onlar kütlədir, plebsdir.
Mayli Sayrusun mahnılarından həzz alan, "X Factor" kimi şoulara baxan məxluqlar.
"Victoria's Secret" isə pul qazanır. Özü də yaxşı pul.
Brend ABŞ-da qadın alt paltarı bazarının 35 faizinə nəzarət etməklə yanaşı, 6 milyard dollarlıq dövriyyəyə malikdir.
Şirkətin qıcıq yaradan şoularından biri də ənənəvi "Victoria's Secret Fashion Show"dur.
İlk dəfə 1995-ci ildə Nyu-Yorkdakı "Plaza Hotel"də keçirilmiş şou 1999-cu ildən bəri İnternetdə onlayn göstərilir, sonra müxtəlif telekanallarda nümayiş olunur.
On milyonlarla insan bu şouya baxır.
Şou isə moda nümayişindən daha çox striptizə bənzəyir.
Bu gözəllikdirsə, çox eybəcər anlamlı vücud nümayişidir.
Podiumdakı gözəllərin vücudlarına "bəh-bəh" deyənlər isə orada yeriyən, bədənlərini göstərən qadınların nə əzablar çəkdiklərini bilmirlər.
Bu modellər çox sərt pəhriz saxlayır, özlərinə sözün əsl mənasında zülm verirlər.
Çünki yaxşı bilirlər ki, "kökəlsələr", yəni normal bədənli olsalar, qovulacaqlar, indiki təki qlamur ulduzlar olmayacaqlar, milyonlar qazanmayacaqlar.
"Victoria's Secret"in ən məşhur modellərindən biri Adriana Lima müsahibələrində demişdi: "Pulu asanlıqla qazandığımızı düşünməyin. Həyatımızı bu işə qurban vermişik. İstədiyimiz yerə gedə bilmirik, istədiyimizi yemək imkanından məhrumuq. Hər dəfə şoudan 8 saat əvvəl su içmirəm. Ümumiyyətlə, içmirəm. Çünki su içəndə qarnımın şişman olmasından qorxuram. Mən yediyimi normal insan yeməz, çünki rasion anormaldır. Az qala hər kalorini saymaq məcburiyyətindəyik".
Alessandra Ambrosio isə şoudan 12 saat əvvəl heç nə yemədiyini, içmədiyini deyib.
Və ən nəhayət, şouda bədənlərini nümayiş etdirən qadınlar göründükləri kimi gözəl deyillər.
Çünki hər şouda 25 qrimçi, 25 stilist onları "qlamur" hala gətirir.
Vizajistlər, makiyaj ustaları hər şoudan əvvəl bu qadınların simalarına 3-qat makiyaj vururlar.
Ümumiyyətlə isə şouda hər modelə 3,5 litr krem, boya və s. sərf olunur.
Plastik cərrahiyyə də öz yerində.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.













DİGƏR XƏBƏRLƏR
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
XƏBƏR LENTİ
-
"Fənərbağça"nın yeni transferi Lukakunu Türkiyəyə bağlayan səbəblər varmış - Maraqlı faktlar
-
Müğənni Dəniz uzun aradan sonra - Kəskin dəyişimi müzakirə yaratdı - (Video)
-
30 dəqiqəyə lobyadan dadlı şam yeməyi
-
Masazırda kişi yemək bişirməyən arvadını vəhşicəsinə döydü
-
Bu 3 bürcü gözləyən xoşbəxtliyə hamı həsəd aparacaq
-
"Rufo Gəncinski"yə sui-qəsd oldu
-
Sabah Ağdaş və Göyçayın bəzi ərazilərində işıq olmayacaq
-
Pezeşkianın İlham Əliyevlə telefon danışığı iki ölkənin münasibətlərində yeni səhifə açdı - Əraqçi
-
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
-
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
-
Tərtərdə avtomobil iki piyadanı vuraraq öldürüb
-
“Neftçi” onu transfer etdi
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
-
"Uzak şehir"in aktyoru nişanlandı - (Foto)
-
"Qalatasaray"dan portuqaliyalı ulduza ağlasığmaz təklif
-
Filipp Kirkorova qadağa qoyuldu
-
Bakıda V Beynəlxalq Gənclər Kino Festivalı SALAM keçiriləcək - (Video)
-
İngiltərə Premyer Liqasında yeni qaydalar
-
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
-
“Həmin mahnını elə-belə yazmışdım” - Səbinədən etiraf
-
Maykl Ceksonun qızı: “Mənə üç həftədə 9 elektroşok verdilər”
-
"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - (Foto)
-
“YouTube” baxışın hesablanmasını dəyişdi – Videolar belə sayılacaq
-
Xalq artisti nəvəsi ilə fotolarını paylaşıb bunları yazdı





