Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı həkimin qeyri-adi "Misir ehramı" - FOTO
30 Oktyabr 2014 09:37
1 Şərh
Baxış: 2 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misir piramidaları, Qız qalası maketi, "king-kong" fiquru, simvolik şahmat və sairə...
Bura muzey deyil, adi stomatoloji kabinetdir.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, gəncəli diş həkimi Zakir Cəfərov bu günədək çəkdiyi dişləri atmayıb. Yararlı olanların hamısını xüsusi məhlulda saxlayıb və dişdən müxtəlif fiqurlar hazırlayıb.
İlk baxışdan adama elə gəlir ki, həkimin fiqurlar düzəldib üzünü də dişlərlə bəzəməyə həvəsi var. Lakin həkim minlərlə dişi analiz aparmaq üçün toplayıb: "Diş üçün dərman bitkiləri mövzusunda elmi işim olub. Hər bir həkim işlədiyi ərazidəki insanların xarakterik xüsusiyyətlərini, xəstəliklərini öyrənməlidir. Məsələn, niyə görə Gəncə ərazisində yaşayan sakinlərdə dişlər çənə sümüyünə yapışır? Kariyesə daha çox tutulur?
İşləməyə başlayandan sonra gördüm ki, dişlər çənə sümüyünə yapışmağa meyllidir. Başladım dişləri analiz etməyə. Çəkdiyim bütün dişləri topladım. Minlərlə diş topladım. Elmi tədqiqat apardım. Kitab da yazdım. Nəticələrə görə, Qərb bölgəsində dişlər çənə sümüyünə yapışırsa, Şimal zonasında laxlayıb düşür".
Zakir Cəfərov deyir, minlərlə dişi toplayıb tədqiqat apardıqdan sonra düşünüb ki, onları atmasın. Bu səbəbdən dişlərdən fiqurlar düzəldib.
Hər bir atılmış dişin infeksiyalardan, xəstəlikdən azad olub istifadə olunma mərhələsinə gəlməsi 1 il vaxt çəkib. Həkim deyir ki, bunun üçün dişlər xüsusi məhlullarda bir neçə mərhələ üzrə saxlanıb: "Dişləri toplayandan sonra mən başladım bunlardan fiqurlar düzəltməyə. Eyfel qülləsi, şahmat, Misir piramidaları formasında fiqurlar düzəltdim. Dişləri də üzərinə yapışdırmışam. Bu həm xəstələr üçün maraqlı olur, həm də itməməsi üçün saxlayırıq".
Gəncəli həkim elmi araşdırmasının nəticəsi olaraq yazdığı kitabda hər bir bölgənin xarakterik diş xəstəliklərinə toxunub. Üstəlik, çıxış yollarını və müalicə üsullarını da araşdırıb: "Burada irsi faktorlar da var. Ərazinin suyu, qidalanma faktoru da var. Gəncədə olan minerallar digər bölgələrə nisbətən çoxdur. Burada müalicəsini də göstərmişik. Dərman, bitki yağları və sair - onları da misal göstərmişik. Xəstələrə masajlar təyin edirik".
Stomatoloq xəstələrinin dişlərini toplamağa davam edəcəyini deyir. İndi daha böyük ideya üçün...
Zakir Cəfərov bir arzusunu reallaşdırmaq istəyir. O, diş formasında stomatoloji kabinet tikmək arzusundadır. Binanın fasadını isə dişlərlə bəzəməyi planlaşdırır: "Gələcək üçün böyük bir planımız var. Dişlərdən diş fiqurunda bir ev tikək. Birinci mərtəbə stomatoloji klinika kimi fəaliyyət göstərsin. Evin üzünü də həmin bu dişlərdən bəzəyək. Fasad şəklində. Bu da Gəncənin şöhrəti üçün önəmlidir. Dünyanın heç yerində dişə bənzər ev yoxdur. Layihənin üzərində işləyirəm, 1 milyona yaxın diş toplamalıyam..."
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
Sabunçu su altında qaldı - (Video)
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi