Bu mixi yazım xoşuna gəlirmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az kulis.az-a istinadən Nəriman Əbdülrəhmanlının tərcüməsində "Babil söhbəti" hekayəsini təqdim edir.
Dəclə və Fərat arasında, asma bağların kölgəsində, min ildən bir az artıq!
Uruk:
Bu mixi yazım xoşuna gəlirmi? Mənim bu kölə-çap sistemim saat onda bütün Hammurapi kodeksini bitirdi.
Nimvrod:
- Səninki hansındadı ki? Cənnət Vadisindən Apple Nominatordu?
Uruk:
- Sən dəli olmusan? Onları daha, hətta, Tirdəki kölə bazarında tapa bilməzsən. Yox, mənimki Misir kölə-mirzəsi. - Toth 3 Magis-Dos.
- Çox az, gündə bir ovuc duyu sərf eləyir, həm də heroqliflə yaza bilir.
Nimvrod:
- Amma yaddaşında heç nə qalmır ki.
Uruk:
- Əvəzində surətini çıxaran zaman da ölçüyə salır. Daha sonra başqasının üzərində yazması üçün gili götürən, cədvəl düzəldən, onu günün qabağında qurudub ölçüyə salan kölə lazım deyil. O, düzəldir, odda qurudur, dərhal da yazır.
Nimvrod: Amma o, 5,25 Misir dirsəyi uzunluğunda, düz altmış kiloqram çəkisi olan cədvəllərdən istifadə edir. Sən niyə özün üçün yığcam cədvəl tapmırsan?
Uruk:
- Maye büllurun üzərində bir xaldey naxışımı? Volxvlar üçün qəlibdi.
Nimvrod:
Yox, əşşi, əlli yazan kölə-mirzəb, sidonlu Afrika cırtdanı. Bilirsən finikiyalılar necə eləyirlər - hər şeyi misirlilərdən götürürlər, amma sonra kiçildirlər. Bax, dostum Lepton elə sənin dizlərinin üstündə oturub yazır.
Uruk:
- O, donqardı, iyrəncliyə bax.
Nimvrod:
Sənə yalvarıram! Onun kürəyinə tez yazmaq üçün bir şey quraşdırıblar. Qırmancı bircə dəfə şaqqıldadırsan - o da sənə lap Alfa-Beta yazır, görürsən qrafik rejim üçün mətni rejimdən istifadə eləyir, iyirmi bir işarə kifayətdi. Hammurapinin bütün kodeksini sənin üçün bir neçə 3,5 cədvəlində yerləşdirər.
Uruk:
Amma sonra şifrəaçan kölə də almaq lazım gəlir.
Nimvrod:
- Elə şey yoxdu. Bu cırdana şifrəaçan da quraşdırılıb. Qırmançı bir dəfə də şaqqıldadırsan - o, hamısını yazıya köçürür.
Uruk:
- O qrafiklər də cızır?
Nimvrod:
- Nədi, onun müxtəlif rəngi olduğunu görmürsən?
Necə fikirləşirsən, məndən ötrü Qüllənin bütün planlarını kim çəkdi?
Uruk:
- Bəs sən ona inanırsan? Birdən hər şey uçdu?
Nimvrod:
- Heç nə olmaz. Mən onu Pifaqorun və Memphis Lotusun yaddaşına yükləmişəm. Ona planı verib qamçını şaqqıldadırsan - sənin üçün üçölçülü zikkurat çəkir. Misirlilərdə ehramların tikintisi zamanı on minlərlə kölə-mirzələrlə linkləşdirilmiş on komandalı "Moicey" sistemi vardı. Onların interfeysləri çox dostcasınaydılar. Bütün köhnəlmiş dəmirləri Qırmızı dənizə atdılar, hətta, su qabardı.
Uruk:
- Bəs saymaq üçün?
Nimvrod:
- O, bürcü də bilir. Bir anda sənə ulduz falını göstərir və what you see is what you get.
Uruk:
- Bahadı?
Nimvrod:
- Hə, əgər burda almaq istəsən, bütün məhsulun bəs eləməz, bir kisə toxumluq buğdaya alarsan. Əlbəttə, onu yaxşıca yedirmək lazımdı, çünki özün bilirsən, garbage in - garbage out.
Uruk:
- Yaxşı, mənə bir misirli tamamilə bəs eləyir. Amma əgər sənin cırtdanın mənim 3 Megis Dosumla dil tapsa, ona bürcləri öyrətməsinə kömək eləyə bilərsənmi?
Nimvrod:
- Bu, qeyri-qanunidi: alanda zəmanət verməlisən ki, onu yalnız fərdi istifadə üçün alırsan... Hə, yaxşı, onsuz da hamı belə eləyir, gəl onları bir-birinə qoşaq. Ancaq istəmirəm ki, səninkində virus olsun.
Uruk:
- O, öküz kimi sağlamdı. Məni daha çox başqa bir şey qorxudur: hər gün yeni şivələr peyda olur, axırda proqramlar qarışacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
XƏBƏR LENTİ
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu
-
Mingəçevirdə kafedə gənci bıçaqlayan şəxs saxlanıldı
-
Baytarlıq preparatları vergidən azad olundu





