Maraqlı

Xəyanətin ölçüsünü orada axtarın

19 Oktyabr 2014 18:40
0 Şərh     Baxış: 1 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kişinin xəyanətkar olub-olmadığını onun ayaqqabı ölçüsünə görə əvvəlcədən demək olar.

Anspress-in məlumatına görə, yeni tədqiqatlar 43 və daha böyük ölçülü ayaqqabı geyinən kişilərin 40-42 ölçülü geyinənlərdən daha çox xəyanətkar olduqlarını göstərib.

Evli kişilərin tanışlıq saytından olan Maykl Teylor bildirir ki, bir neçə nəfər əmin etsə də ki, ayağın ölçüsü ilə bədənin digər istənilən üzvləri arasında heç bir əlaqə yoxdur, amma deyəsən, ayaq ölçüsü ilə həyat yoldaşına xəyanət etmək istəyi arasında güclü asılılıq var. Məsələn, çoxsaylı xəyanətləri ilə məşhur olan ABŞ prezidenti Bill Klintonun ayaq ölçüsü 45-dir. Bu Avraam Linkoln da daxil olmaqla, digər ABŞ prezidentlərinin ayaq ölçüsündən daha böyükdür.

Bununla yanaşı, ayaqqabı təkcə xəyanəti göstərmir. Həm də onun stili, görünüşü, rəngi, quruluşu insanın xarakterinin emosional vəziyyətini və hətta siyasi baxışlarını göstərə bilər. Bahalı ayaqqabı yaxşı maaş alan uğurlu insanlara məxsusdur, parlaq və rəngli ayaqqabılar isə ekstravertlərin seçimidir. Praktik və funksional ayaqqabılar başqalarını qane etmək istəyən insanların seçimidir. Sakit insanlar isə narahat görünən ayaqqabıları seçirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.