Maraqlı

100 min dollarlıq menyu

19 Oktyabr 2014 13:21
0 Şərh     Baxış: 1 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhur və bəxtsiz "Titanik" gəmisində olan əşyalar hərraca çıxarıldı.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, gəminin birinci klass sərnişinlər üçün restoranının menyusu Britaniyanın Henry Aldridge & Son hərrac evində 96,5 min dollara satılıb.

Bu barədə BBC News xəbər yayıb. Menyunun üstündə tarix 12 aprel 1912-ci il göstərilir. Həmin gün restoranın müştərilərinə donuz əti ilə piroq, qoyun ətindən döyülmüş kotletlər və tapiokalı  pudinq təklif edilibmiş.

Bu menyu amerikalı Spenserlər ailəsinin mürəbbiyəsi olan fransız Eliza Lürettin paltosunun cibində qalıbmış. Eliza ledi Spenserlə birlikdə qayığa mindirilib və batan gəmidən uzaqlaşaraq sağ qalıblar. Mister Spenser isə həlak olub.

Lürett və sahibəsinin yolu taparaq qayıqların yanına çıxmasına səbəb olan birinci klass göyərtəsinin planı hərracda 53 min dollara satılıb.

"Titanik"in həlak olmuş ofisiantı Sidni Sidyuneriyə aid, əşyaların qorunması üçün  olan daxılın açarı da təxminən 100 min dollara alıcı tapıb.

Sauthemptonu tərk edərkən "Titanik"in az qala iki paroxodla toqquşması barədə mühəndis Cozef Bellin məktubu 39 min dollara satılıb.

Hərraca ümumilikdə "Titanik"in batması ilə əlaqəsi olan 250 əşya çıxarılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.