Maraqlı

Həkimlər şoka düşdülər: suşi insanı öldürəcəkdi - FOTO

25 Sentyabr 2014 10:21
1 Şərh     Baxış: 3 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarnındakı kəskin ağrılara və dərisindəki qaşınmalara dözə bilməyən çinli həkimə yollananda başına nələrin gəldiyini bilmirdi.

Müayinə zamanı onun bütün bədənində qurdların olduğu aşkarlanıb.
 

Hadisə Çinin şərqindəki Quandun vilayətindəki Quançjou şəhərində, 8 saylı Xalq Xəstəxanasında baş verib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, rentgen müayinəsi zamanı pasiyentin vücudunda soliter qurdlarının qaynaşdığı görülüb. Səbəb bu adamın suşi və saşimiyə, yəni çiy balıqdan hazırlanan təamlara həddən artıq aludə olması idi.
 

Çiy balıq tikələrini yeməyi çox sevdiyini deyən çinli indi xəstəxananın intensiv terapiya şöbəsindədir. Həkimlər belə ağır durumla bağlı problemin çözüm yollarını arayırldar.
 

"Onun çiy balıq yeməsi bədəninə soliter qurdlarının daraşmasına səbəb olub. Bu adamın hər yerində, mədəsindən tutmuş, dərisinin altınadək soliter var. Balıqlarda olan soliter insan orqanizminə düşəndə sürfə qoyur. Sonradan o sürfə böyüyür. Soliter bağırsaqda 15 metr uzunluğadək çata bilər", - 8 saylı Xalq Xəstəxanasının baş cərrahı deyib.
 

İnsan orqanizmində soliter qurdları şirin sularda yaşayan balıqlardakı "Diphyllobothrium" süfrələrindən insana keçir.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.