Anspress-in məlumatına görə, sənətçi yeni işıq üzü görən "Aşk büyükse" adlı albomuna daxil etdiyi "A benim akılsızım" adlı mahnının klipini təqdim edib.
Klip çəkilişləri üçün yaraşıqlı aktyor Pamir Pekin ilə kamera qarşısına keçən Avşar qızı klipinin əsas çəkilişlərini Belqrad meşələrində etdirib. Klipin rejissorluğunu Kamal Başbuğ edib. Müğənni açıqlamasında klipin bu gündən etibarən Türkiyənin Kral televiziyasında yayımlanacağını bildirib.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl şəkillər paylaşaraq pərəstişkarlarını həyəcanlandırsa da, gözlənilən reaksiya alınmayıb. Belə ki, klipdə gözlənilən kimi təəccübləndirici heç bir səhnə olmayıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
