Maraqlı

Mister Bin qayıdır - FOTO

12 May 2014 10:09
0 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur komik aktyorlarından biri Rouen Atkinson, deyəsən, ampluasını dəyişmək niyyətindədir. Bləkkədder, Mister Bin və Conni İnqliş rolları ilə fenomenal populyarlıq qazanmış 59 yaşlı komik indi Britaniyanın ITV telekanalındakı "Sherlock Holmes of France" (Fransanın Şerlok Holmsu) teleserialında çəkilmək niyyətindədir.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həmin teleserialda R.Atkinson əfsanəvi personaj olan komissar Jül Meqre rolunu oynayacaq.
 

12 seriyadan ibarət teleserial rimeykdir. "Sherlock Holmes of France" teleserialı 21 il əvvəl ITV-də nümayiş olunmuşdu və baş rolda da Maykl Qembon oynamışdı.
 

Daha sonra isə Meqre obrazını Riçard HarrisJan Rişar yaratmışdılar.
 

BBC telekanalının ən məşhur Meqresi isə Rupert Devis olmuşdu.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.