Maraqlı

Lexus LF-NX belə olacaq? - FOTO

30 Yanvar 2014 19:39
1 Şərh     Baxış: 1 464
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Avtomobil Analitikləri Cəmiyyətinin konfransında "Toyota" Şimali Amerika ofisinin rəhbəri Cim Lentsin çıxışı zamanı göstərilmiş Lexus LF-NX krossoveri seriya versiyasının təsvirləri internetdə yayılıb. Daha əvvəl məlumat verildiyi kimi bu modelin premyerası yazda Genevrə avtosalonunda nəzərdə tutulub.

Keçən payız yapon şirkəti eyni dizayn, amma müxtəlif güc qurğularıyla iki konsept göstərmişdi. Frankfurtda NX300h hibridinin 2,5-litrlik benzin aqreqatı və elektrik mühərriki ilə prototipi, Tokioda isə 2,0-litrlik turbomühərriklə NX200t adlanacaq avtomobil təqdim edilmişdi. Gözlənilir ki, seriya LF-NX yayda satışa daxil olacaq və Range Rover Evoque kimi modellərlə alıcı uğurunda rəqabət aparacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.