Keçən payız yapon şirkəti eyni dizayn, amma müxtəlif güc qurğularıyla iki konsept göstərmişdi. Frankfurtda NX300h hibridinin 2,5-litrlik benzin aqreqatı və elektrik mühərriki ilə prototipi, Tokioda isə 2,0-litrlik turbomühərriklə NX200t adlanacaq avtomobil təqdim edilmişdi. Gözlənilir ki, seriya LF-NX yayda satışa daxil olacaq və Range Rover Evoque kimi modellərlə alıcı uğurunda rəqabət aparacaq.
Milli.Az