Maraqlı

Bu ev çox ucuzdur - FOTO

30 Yanvar 2014 15:08
2 Şərh     Baxış: 1 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Britaniya daşınmaz əmlakın ən bahalı olduğu ölkələrdən biridir. Xüsusilə də Londonda ev almaq, mənzil sahibi olmaq asan məsələ deyil. Bəs İKEA-dakı kitab dolabının yığılması təki asan yolla ev tikmək olarmı?


London sakinlərindən biri bunun çətin olmadığını sübut edib.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hazır heksoqonal modullar vasitəsilə ev tikmək üçün minimal biliklər və bacarıqlar yetərlidir.

"Flatpack" tipli bu ev sahibinə 10761 dollara başa gəlib.


"Tiny House" şirkətinin istehsalı olan bu kiçik modul evlərin çətinlik olmadan yığılmasını Tom Rouston sübuta yetirib.


Şirkətin banisi Mark Bertonun dediyinə görə, belə evləri istənilən yerdə asanlıqla quraşdırmaq olar.


Əsas korpusu MDF-dən olan "Hivehaus" adlı bu evi sonradan sökmək və başqa yerdə quraşdırmaq da olur.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.