London sakinlərindən biri bunun çətin olmadığını sübut edib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, hazır heksoqonal modullar vasitəsilə ev tikmək üçün minimal biliklər və bacarıqlar yetərlidir.
"Flatpack" tipli bu ev sahibinə 10761 dollara başa gəlib.
"Tiny House" şirkətinin istehsalı olan bu kiçik modul evlərin çətinlik olmadan yığılmasını Tom Rouston sübuta yetirib.
Şirkətin banisi Mark Bertonun dediyinə görə, belə evləri istənilən yerdə asanlıqla quraşdırmaq olar.
Əsas korpusu MDF-dən olan "Hivehaus" adlı bu evi sonradan sökmək və başqa yerdə quraşdırmaq da olur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




