Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobil biksenon faralar, ton verilmiş şüşələr və mərkəzində rəngli loqotiplərlə 19 düymlük Cayenne Design II təkər diskləri əldə edib. Adi halda model Platinum Silver Metallic rəngdə təklif ediləcək, lakin ondan başqa, opsiyada Black, White, Meteor Grey Metallic, Basalt Black Metallic, Mahogany Metallic və Carrara White Metallic variantları da əlçatan olacaq.
Yeni avtomobil benzin və dizel variantlarında təklif ediləcək. 66 379 avro qiymətlə birinci variant 3,6-litrlik 300-güclü V6 əldə edəcək; 67 212 avroya təklif ediləcək dizel variantı isə 3,0-litrlik 245-güclü V6 əldə edəcək. Porsche Cayenne Platinum Edition Almaniya bazarına yanvarda çıxarılacaq.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



