Mercedes-Benz sentyabr ayında təşkil ediləcək Frankfurt Avtomobil Sərgisində yeni S500 Plug-In Hybrid modelini tanıdacaq
Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu heybətli lüks avtomobil benzinlə işləyən 3.0-litrlik yeni turbo V6 328 at gücü və 480 Nm fırlanma anı hasil edir. Elektrik mühərrikinin təmin etdiyi 107 at gücü və 340 Nm fırlanma anı ilə birlikdə sıfırdan 100 km/saat sürətə 5,5 saniyədə çatan avtomobilin maksimum sürəti 250 km /s təşkil edir.
Mercedes-Benz şirkəti tərəfindən verilən açıqlamada S500 Plug-In Hybrid-in təxmini yanacaq sərfi 3 litr/100 km, CO2 emissiya dəyəri isə 69 qr/km olaraq verilir. Alman istehsalçı avtomobilin yalnız elektrik gücüylə atmosferə zəhərli qaz buraxmadan 30 kilometrə qədər gedə bildiyini söyləyir.
Sürücü yalnız bir düyməyə basaraq aşağıdakı sürücülük rejimlərindən birini seçə bilər:
- Hybrid
- E-Mode (yalnız elektrik)
- E-Save (tam dolu batareya yalnız elektrik mühərrikiylə irəliləmək üçün hazır gözlədilir)
- Charge (Batareyalar sürmə əsnasında doldurulur)
2014 Mercedes-Benz S500 Plug-In Hybrid modelinin gələni il satışa buraxılacağı bildirilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



