Maraqlı

Vətənində tanınmayan, amma Rusiyada fenomenə dönən türk müğənni - VİDEO - FOTO

12 Mart 2013 11:23
0 Şərh     Baxış: 843
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Amma Rusiyada o, çox populyardır və hətta Moskvada fenomenə çevrilib.
O, Rusiyanın ən məşhur müğənniləri, bəstəkarları, stilistləri, rejissorları ilə çalışan, milyonlarla rus qadının pərəstiş obyektinə çevrilmiş Adil Karacadır.

Adil Karacanın Moskvada ən məşhur rejissorlar tərəfindən çəkilmiş klipləri İnternetdə sürətlə populyarlaşmaqdadır.

Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyədə müğənnilik etməyə başlayandan sonra uğursuzluqla üzləşən Adil Karaca Moskvaya yollanıb.

"Dostlarım dedilər ki, Moskvada türk restoranları var, orada oxuyarsan, pul qazanarsan. Mən də gəldim. Amma ilk vaxtlar çox çətin oldu. Çalışdığım restoranlarda yatdığım gecələr də oldu. Günlərin birində məşhur stilist Sergey Zverev restorana gəlmişdi. Oxumağımı eşitdi, klip çəkməyi təklif etdi. Sevincimin həddi-hüdudu yoxdu", - Karaca deyib.

Sergey Zverevlə birgə çəkilən "Kimyam deyişdi" klipindən sonra Adil Karaca çox qısa müddətdə populyarlaşıb.

Daha sonra onun məşhur rus reper Şnufla "Bomba" klipi çəkildi və Adil Karaca Rusiyanın pop-musiqi səhnəsinin yeni fenomeninə çevrildi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.