Maraqlı

Bir sualdan Ginnesin rekordlar kitabınadək

25 Avqust 2012 11:54
0 Şərh     Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
AzərTAc yazır ki, məzəli zarafatdan yaranan maraqlı bir sual meydana çıxmışdır. Avropada hansı quş daha sürətlə uçur: qızılı cüllüt və ya şotland tetra quşu?

O zamanlar belə məlumatları özündə saxlayan kitablar yox idi. Buna görə də həmin mübahisədə iştirak edən ser Hyu Biver qeyri-standart rekordlar və yarışmalar barədə məlumatlar əldə etməklə kitab tərtib etməyə qərar verir. İdeyanı həyata keçirmək məqsədi ilə o, 1954-cü ildə kitabın nəşri üçün "Guinness World Records Limited" adlı xüsusi agentlik yaradır. Kitabçanın hazırlanmasını isə əkiz qardaşlar Norris və Rossa Makuirterlərə həvalə edir.

Azərbaycan Milli Elmlər Akademiyasından AzərTAc-a bildirmişlər ki, 1954-cü ilin avqustunda soraq kitabının ilk variantı hazırlanmış və 1000 nüsxə pulsuz paylanmışdır. Bu kitab ser Hyunun ailəsi, qədim nəslin şərəfinə "Ginnes" adlandırılır. Lakin nəşrlərin sonrakı buraxılışları Ginnesin rekordlar kitabı adlandırılmağa başlanmışdır. O vaxtdan bu soraq kitabçasında il ərzində təbiətdə və cəmiyyətdə baş verən görkəmli nailiyyətlər, unikal və gülünc hadisələr haqqında informasiyalar toplanır.

1955-ci il avqustun 27-də isə 197 səhifəlik kitab pulla satılmağa başlanmış və Milad bayramı ərəfəsində İngiltərədə ən çox satılan kitablar siyahısında ön sıralarda yer almışdır. 1956-cı ildə rekordlar kitabı ABŞ-da 70 min nüsxə ilə satışa çıxarılmışdır.

1995-ci ildə kitabın konsepsiyası dəyişmiş, yalnız mətndən ibarət olan kitab şəkilli alboma çevrilmişdir. Albomun özü də rekorda imza atmışdır.

Hazırda Ginnesin rekordlar kitabı 100 milyon tirajla 40 dildə çap olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.