Bu ölkədə itlər də məktəbə gedir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kanadada bəzi itlər günə adi məktəblilər kimi başlayır. Sahibləri uzun iş saatlarında evdə tək qalmamaları üçün itlərini xüsusi "it məktəblərinə" - gündüz baxım mərkəzlərinə göndərirlər.
Milli.Az xəbər verir ki, Səhər saatlarında evlərin qarşısına mikroavtobus gəlir, qapılar açılır və itlər gün ərzində müxtəlif fəaliyyətlərin keçirildiyi mərkəzlərə aparılır.
Bu xidmət "dog-daycare" - gündüz baxımı formatında təşkil olunur. İtlər birbaşa evdən götürülərək baxım mərkəzinə çatdırılır. Gün ərzində onları oyunlar, gəzintilər, sosiallaşma məşğələləri, istirahət və mütəxəssislərin nəzarəti altında müxtəlif fəaliyyətlər gözləyir. Axşam saatlarında isə itlər yenidən evlərinə qaytarılır və sahiblərinə təhvil verilir.
Xidmətin məqsədi yalnız əyləncə deyil. Bu yanaşma itlərin tək qalmaqdan yaranan stressini azaldır, eyni zamanda sahiblərin rahatlığını təmin edir. İtlər qapalı məkanda tənha qalmaq əvəzinə, xüsusi hasarlanmış açıq sahələrdə qaçır, oynayır, dincəlir və digər itlərlə ünsiyyətdə olurlar.
Qrupların təhlükəsiz və sakit olması üçün hər bir it əvvəlcədən yoxlanılır və uyğunluq qiymətləndirilməsi aparılır. Mütəxəssislər bu təcrübənin getdikcə daha geniş yayıldığını bildirirlər, çünki bu üsul heyvanların uzun müddət tənha qalmasının qarşısını alır.
Hazırda itlər üçün baxım və nəqliyyat xidmətləri Kalyari Toronto və Kiçener-Vaterloo bölgələrində fəaliyyət göstərir. "Ruff and Puff" və "PawTrips" kimi şirkətlər kiçik avtobuslarla itləri birbaşa sahiblərinin evlərindən götürürlər.
Bu xidmətdən istifadə edən sahiblər bildirirlər ki, itləri günün sonunda evə daha sakit, xoşbəxt və yorğun qayıdır. Mütəxəssislərin fikrincə, bu format xüsusilə təkliyə çətin dözən, narahatlıq yaşayan və ya yüksək enerjiyə malik itlər üçün daha faydalıdır. /Lent.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Trabzonspor” “Beşiktaş”a da qalib gəldi
-
Qumralın səhhətində problem yarandı - Yataq görüntüsü müzakirə yaratdı - (Video)
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
-
Yaponların sürətli paltar qurutma texnikası
-
İnsanlar yaşlandıqca yuxudan niyə daha tez oyanırlar?
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
XƏBƏR LENTİ
-
Bəzi şəxslər 20 il daha tez pensiyaya çıxa bilər - Kimlərdir?
-
Dünya bazarlarında neft bahalaşdı
-
“Trabzonspor” “Beşiktaş”a da qalib gəldi
-
Paytaxtın 12 küçəsində tıxac var
-
Qumralın səhhətində problem yarandı - Yataq görüntüsü müzakirə yaratdı - (Video)
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
-
Yaponların sürətli paltar qurutma texnikası
-
İnsanlar yaşlandıqca yuxudan niyə daha tez oyanırlar?
-
“Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
-
Dünyanın ən çox qazanan 10 futbolçusu
-
Dueyn Conson 22 kilo arıqladı - (Foto)
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb





