Qərarsızlığa son: Şəxsi rəng palitrasının müəyyən edilməsi üsulları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər səhər dolabın qarşısında "nə geyinim?" sualı ilə vaxt itirmək və enerji sərf etmək bir çoxumuz üçün gündəlik stress mənbəyidir. Psixologiyada buna "qərar yorğunluğu" deyilir. Lakin öz rəng analizinizi edərək və sizə ən çox yaraşan rəng qrupunu müəyyən edərək bu prosesi sürətləndirə, həm də daha parlaq və özünəəmin görünə bilərsiniz.
Milli.Az xəbər verir ki, şəxsi rəng palitrası dəri tonu, göz və saç rəngi əsasında müəyyən edilən rəng qrupudur. Doğru tonları seçmək dərini daha canlı göstərir, göz rəngini önə çıxarır və solğun görünmə riskini aradan qaldırır.
Bu analizin faydaları:
Qərar vermə prosesini sürətləndirir,
Gərəksiz alış-verişin və hədsiz istehlakın qarşısını alır,
Özgüvəni və fiziki rahatlığı artırır,
Şəxsi üslubu trendlərdən asılı olmayaraq orijinallaşdırır.
Astrologiyada olduğu kimi, moda dünyasında da insanlar dörd ana "mövsüm" kateqoriyasına bölünür:
Yaz: İsti alt tona malik, dərildə qızılı və ya şaftalı parıltıları olan şəxslərdir. Turkuaz, şaftalı, çəmən yaşılı və mərcan kimi aydın rənglər onlara çox yaraşır.
Yay: Soyuq alt tonlu, dərildə yumşaq keçidləri olan şəxslərdir. Pudra çəhrayısı, körpə mavisi, adaçayı yaşılı və açıq boz tonları onların estetik görünüşünü tamamlayır.
Payız: İsti, tünd və zəngin auraya malik şəxslərdir. Kərpic rəngi, xardal sarısı, zeytun yaşılı və tünd qəhvəyi dərini daha isti və canlı göstərir.
Qış: Dəri, saç və göz rəngi arasında kəskin kontrast (ziddiyyət) olan şəxslərdir. Zümrüd yaşılı, gecə mavisi, təmiz ağ və fuksiya kimi iddialı tonları mükəmməl daşıyırlar.
Öz mövsümünüzü necə müəyyən etməli?
Bu sadə üç addımlı testi güzgü qarşısında tətbiq edərək öz palitranızı kəşf edə bilərsiniz:
1. Addım: İsti, yoxsa soyuq?
Üzünüzə şaftalı və zeytun kimi isti rəngləri, sonra isə çəhrayı və mavi kimi soyuq rəngləri tutun.
Nəticə istidirsə: Yaz və ya Payızsınız.
Nəticə soyuqdursa: Yay və ya Qışsınız.
2. Addım: Açıq, yoxsa tünd?
Üzünüzə əvvəl çox tünd, sonra isə çox açıq tonları tutun. Hansı rəng üz cizgilərinizi daha çox boğur?
Açıq rənglər yaraşırsa: Yaz və ya Yaysınız.
Tünd rənglər yaraşırsa: Payız və ya Qışsınız.
3. Addım: Yumşaq, yoxsa parlaq?
Bej və adaçayı kimi mat/yumşaq rəngləri, zümrüd və qırmızı kimi parlaq rənglərlə müqayisə edin.
Yumşaq tonlar yaraşırsa: Yay və ya Payızsınız.
Parlaq tonlar yaraşırsa: Yaz və ya Qışsınız.
Mövsümi rəng analizi sizi məhdudlaşdırmaq üçün deyil, seçim yorğunluğundan xilas edərək daha şüurlu kombinlər hazırlamağınıza kömək etmək üçün bir vasitədir. Öz rənglərinizi kəşf edərək hər günü daha enerjili qarşılaya bilərsiniz.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qərarsızlığa son: Şəxsi rəng palitrasının müəyyən edilməsi üsulları
-
Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...
-
2026 yayının ən dəbli saç trendləri açıqlandı
-
Kimyəvi vasitələrə son - List üsulu ilə soba yağlarından birdəfəlik qurtulun
-
Yuxuya getmək gnında gözümüzə görünənlərin səbəbi məlum oldu
-
Günün qoroskopu: Maliyyə məsələlərində gözlənilməz xərc çıxa bilər
XƏBƏR LENTİ
-
Qərarsızlığa son: Şəxsi rəng palitrasının müəyyən edilməsi üsulları
-
“Evin bazarlığını, heç bir işini etmirəm”
-
Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...
-
Günorta yuxusunun faydaları: Qısa istirahət sağlamlığa necə təsir edir?
-
2026 yayının ən dəbli saç trendləri açıqlandı
-
Yorğun oyanırsınız? - Səhərlər 20 dəqiqə bunu edin
-
Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı
-
Kimyəvi vasitələrə son - List üsulu ilə soba yağlarından birdəfəlik qurtulun
-
Joze Mourinyodan “Real Madrid”ə ağır şərtlər
-
İran öz qanuni hüquqlarını müdafiə etməkdən geri çəkilməyəcək - Pezeşkian
-
Yuxuya getmək gnında gözümüzə görünənlərin səbəbi məlum oldu
-
Azərbaycan pavilyonu WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində fəaliyyətə başlayıb - FOTO
-
Emil Bədəlov villa tikdirir
-
Bir mövsümdə iki ölkənin çempionu oldu
-
İlham Əliyev və Mehriban Əliyevanın adından WUF13-də iştirak edən dövlət başçılarının şərəfinə rəsmi ziyafət verilib - VİDEO - FOTO
-
Günün qoroskopu: Maliyyə məsələlərində gözlənilməz xərc çıxa bilər
-
77 yaşlı xalq artistinin görünüşü müzakirələrə səbəb oldu - FOTO
-
Mətbuat konfransında gərginlik: Luis Enrikedən gözlənilməz reaksiya
-
Tramp: İrana sabah zərbə endirəcəkdik...
-
İzzət Bağırovun təmtəraqlı ad günü - VİDEO - FOTO
-
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər
-
Xameneinin vəziyyəti açıqlandı
-
"Bağışlayın nə olar, gənc idim bilməmişəm"
-
Keçmiş məcburi köçkünlərin nəzərinə





