İldə 100 min dollardan çox qazanırdı - Hər şeyi atıb "toyuq işi"nə BAŞLADI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kanadada nüfuzlu banklardan biri olan Scotiabank-da çalışan 27 yaşlı Endryu Fletçer yüksək maaşlı və perspektivli karyerasını gözlənilmədən tərk edib.
Milli.Az xəbər verir ki, o, illik 100 min dollardan çox qazanc əldə etsə də, fasiləsiz Zoom iclasları, hesabatlar və ofis mühiti səbəbindən ciddi psixoloji tükənmə yaşadığını anlayıb.
Nəticədə Fletçer həyatını kökündən dəyişmək qərarı verib. Gənc bütün əmlakını - mənzilini, mebellərini və digər əşyalarını sataraq Filippinin Siarqao adasına bir tərəfli bilet alıb. O, burada tərəfdaşı ilə birlikdə 1 hektar torpaq sahəsi alaraq fermerliyə başlayıb.
Hazırda keçmiş bank işçisi 15 min toyuq saxlayır və kənd təsərrüfatı ilə məşğuldur. Bahalı kostyumları şortla əvəz edən Fletçer gününü artıq kompüter qarşısında deyil, açıq havada, fiziki əməyə sərf edir.
Onun fermasında onlarla yerli sakin çalışır. Fletçer həm iş yerləri yaradıb, həm də işçilərini təzə ət və yumurta ilə təmin edir.
O bildirib ki, əvvəlki həyatında qazandığı pulları xərcləməyə belə vaxt tapmırdı: "Hiss edirdim ki, həyatımı pul qarşılığında hissə-hissə satıram. İndi isə günəşlə oyanıram, əllərimlə işləyirəm və son 10 ildə ilk dəfə özümü həqiqətən canlı hiss edirəm". /Musavat.com
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Messinin komandası öz meydanında darmadağın oldu
-
Zaur Baxşəliyevin görüntüsü müzakirə yaratdı (Video)
-
Röya və Əbdül Xalid 23 il öncə - (Video)
XƏBƏR LENTİ
-
Emre Altuğun 10 ilədək həbsi tələb olunur
-
Qurban Qurbanov: "Gəncədə özümüzü Avropa stadionunda hiss edirdik"
-
Ronaldonun nəhəng heykəli qoyuldu
-
Mahir oynadı, komandası qalib gəldi
-
Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu
-
Gürcüstanda azərbaycanlı iş adamının avtomobili atəşə tutuldu
-
Joze Mourinyo "Real Madrid"də tarix yazdı: XXI əsrin rekordu
-
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
-
Yalçın Babayev işdən azad edildi
-
Bəxtiyar Əliyev Rusiyanın məşhur musiqi layihəsində
-
"Yakışıklı Mısırcı" bir neçə saniyədə 21 min manatlıq hədiyyə qazandı
-
Tikinti aparılan binadan yıxılan şəxs öldü - (Foto)
-
Ukraynada hərbi əməliyyatlar dayanacaq
-
Yunanıstan İsraildən 1 milyardlıq silah alır
-
Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Albert İvanov vəfat etdi
-
Azərbaycan universitetlərinin ən yaşlı müəlliminin ad günüdür
-
Sabah meteohəssas insanlarda narahatlıq yaranacaq
-
Gürcüstan surroqat analığı qadağan edir
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
“Barselona” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq
-
Rusiyanın yük gəmisi PUA hücumundan sonra yanır - Finlandiyada
-
Formula-1: Las-Veqas Qran-Prisinin qalibi bəlli oldu
-
Nigar Tofiqin səhnə geyimi müzakirə yaratdı - (Video)





