Maraqlı

Həmyerlimiz 48 uşaq doğan 41 yaşlı qadının qonağı olub - VİDEO

9 Dekabr 2025 12:20
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həmyerlimiz Afrikaya səfəri zamanı 41 yaşında 48 uşaq dünyaya gətirərək dünya rekorduna imza atan Məryəm Nabatanzinin qonağı olub.

Milli.Az xəbər verir ki, "Mama Uqanda" adı ilə tanınan qadın çoxsaylı övladları ilə Ginnesin rekordlar kitabına düşüb.

Məlumata görə, həmyerlimiz onun yaşadığı evə gedərək məşhur ananın həyat şəraiti, övladları ilə münasibəti və gündəlik çətinlikləri barədə məlumat alıb. Səfər zamanı çəkilən görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.

Qeyd edək ki, Məryəm Nabatanzi dünyada ən çox uşaq anası kimi tanınır. O, hələ gənc yaşlarında ailə qurub və tibbi səbəblərə görə çoxdöl hamiləliklər yaşadığı bildirilir.

Həmyerlimizin onunla görüşü sosial mediada geniş müzakirələrə səbəb olub və izləyicilər tərəfindən maraqla qarşılanıb.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.