Maraqlı

Pəncərədən çarşafla enərkən görən onları oğru sandı, sən demə onlar... - FOTOlar

7 Dekabr 2025 17:19
Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kayseridə içki içmək üçün evdinə getdikləri dostlarını döyən şəxslər evin qapısının barmaq izi ilə açılması səbəbindən evdən çıxa bilməyib. Çarşafları bir-birinə bağlayaraq 3-cü mərtəbədən binanın altındakı marketin çıxıntısına endilər və burada çıxılmaz vəziyyətdə qaldılar. Vətəndaşların xəbərindən sonra polis hadisə yerinə gəlib.

Milli.Az xəbər verir ki, hadisə Kocasinan rayonunun Erciyesevler Məhalləsindəki 14 mərtəbəli binada baş verib.

S.A. və E.Ö. içki içmək üçün dostları H.Ü.-nün evinə gedib. Aralarında yranan mübahisə zamanı onu döyüblər. Daha sonra evdən çıxa bilmədikləri üçün çarşafla enməyi qərara alıblar.

Polis təhlükəsizlik tədbirləri gördü, təcili yardım H.Ü.-nü xəstəxanaya apardı. Yanğınsöndürmə əməkdaşları isə S.A. və E.Ö.-nü olduqları yerdən endirərək polisə təhvil verib. Hər iki şəxs saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.